Vətən müharibəsi şəhidi Nemət Orucovun doğum günü qeyd olundu

Millət vəkili Aqil Məmmədovun köməkçisi Zahir Əliyev, Kəlbəcər rayon İcra Hakimiyyətinin məsul əməkdaşları Taleh Məmmədzadə, Vüsal Quliyev və Tural Zahidoğlu Goranboy rayonu Zeyvə kənd qəbirstanlığında dəfn edilən 44 günlük Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə yüksəlmiş Orucov Nemət Əkbər oğlunun doğum günü münasibətilə ilə məzarını və ailə üzvlərini ziyarət ediblər.
Eyni zamanda sentyabrın 12-si gecə, 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhəddə törətdiyi genişmiqyaslı təxribatın qarşısı alınarkən qəhrəmancasına şəhid olan leytenant Şirinov Ömər Muğan oğlunun və vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin məzarlarlarını ziyarət olanaraq məzarlarına gül dəstələri düzüblər.

Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi ehtiramla anılıb, ruhuna dualar oxunub.
Şəhidin ailə üzvləri ilə görüşdə qeyd edilib ki, şəhid ailələri daima Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yüksək diqqət və qayğısı ilə əhatə olunub. Daha sonra Vətən müharibəsində qazanılan Qələbədən söz açılıb, şəhidlərin əziz xatirəsinin qəlblərdə əbədi yaşayacağı, heç zaman yaddaşlardan silinməyəcəyi xüsusi vurğulanıb.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Allah bütün şəhidlərimizə rəhmət etsin !

Bu xəbəri paylaşın: