19 dekabr 2023-cü il tarixdə 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının 17.12.2023-cü il tarixli qərarı ilə tərkibi təsdiq edilmiş Kəlbəcər rayonu üzrə Yeni Azərbaycan Partiyasının seçki qərargahının iclası keçirildi.
İclasda YAP Mərkəzi Seçki Qərargahının tapşırıq və tövsiyələri əsasında həyata keçiriləcək işlər, qarşıda duran məsələlər müzakirə edildi, seçki qərargahının üzvlərinə müvafiq tövsiyələr verildi və qərargah üzvləri arasında vəzifə bölgüsü aparıldı.






