«1 yaşında yetim, 6 yaşında şeyx, 14 yaşında hökmdar»…

Şah İsmayıl 14 yaşında taxta çıxanda sadə və sıradan bir uşaq deyildi. Məşəqqətlər görmüş kamil bir insan idi. Şah İsmayıl 1 yaşında ikən atasını itirir, daha sonra anası və qardaşları ilə birgə zindana atılır. 5-6 yaşlarında ailəsi ilə zindandan azad olur. Böyük qardaşı Sultan Əli öldürdükdən sonra isə 6 yaşlı İsmayıl Qızılbaşlar tərəfindən Şeyx elan edilir. Bundan sonra isə amansız təqiblər başlayır.

Müxtəlif yerlərdə qaçaq halda yaşayan İsmayıl nəhayət Gilanda gizlədilir. Gilanda olarkən kiçik İsmayıla dövrün böyük alimləri dərs deyir. İsmayıl ərəb və fars dillərini mükəmməl öyrənir. Quranı əzbər bilən İsmayıl dini və dünyəvi elmləri, hətta astronomiyanı belə mükəmməl öyrənir. Eyni zamanda 7 il ərzində Qızılbaş pəhləvanlar tərəfindən İsmayıla müxtəlif döyüş sənətləri öyrədilir.

13 yaşında İsmayıl artıq döyüş strategiyası qurmaq bacarığı olan bir sərkərdə kimi yetişmişdir. Alimin də dediyi kimi, «1 yaşında yetim, 6 yaşında şeyx, 14 yaşında hökmdar idi İsmayıl»..

Bu xəbəri paylaşın: