O isə dalımca şəhərə gəldi..
Gələrkən əynində köhnə pencəyi,
Köhnə şalvarı,
Cırıq əlcəyi,
Mən çox danladım ki,
O çıxıb getsin..
Getmədi, beləcə qaldı yanımda.
Uşaqlarla oynadı, şar uçurtdu, yelləndi.
Maşın aldım, maşınıma minmədi,
Paltar aldım, aldığımı geymədi.
Yemək verdim, boyat çörək istədi.
Əlindən tutub, kimin evinə qonaq aparmaq istədimsə,
Dedi, ondan küsmüşəm.
Zamanla dəyişirmi adamlar?!
Bütün gün bunu düşünmüşəm
Uşaqlığımı incidib, məni qonaq çağırırlar…
Kəndimizdə qoydum uşaqlığımı
O isə dalımca şəhərə gəldi..
Bir gün oyandım ki, o artıq yoxdur…
Onu adamlar öldürdü.
Onu mən öldürdüm.
Müəllif: Alik Alioghlu
