Nazirlər, komitə və agentlik sədrləri harada səs verəcək? – SİYAHI

2024-cü il 7 fevral tarixində Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Seçkilər günü nazirlər, komitə və agentlik sədrləri də səsvermədə iştirak edəcək.

Fedai.az  vəzifəli şəxslərin seçkilər günü səs verəcəkləri dairə və məntəqələrin siyahısını hazırlayıb.

Adil Kərimli (Mədəniyyət naziri) – 22 saylı Nəsimi-Yasamal seçki dairəsi, Mənzil Kommunal Təsərrüfat Birliyində yerləşən 7 saylı məntəqə;

Bahar Muradova (Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri) – 23 saylı Nəsimi-Səbail seçki dairəsi, 46 saylı tam orta məktəbdə yerləşən 3 saylı məntəqə;

Balababa Rzayev (“Azərenerji” ASC-nin prezidenti) – 14 saylı Xəzər-Pirallahı seçki dairəsi, 241 saylı orta məktəbdə yerləşən 23 saylı məntəqə;

Ceyhun Bayramov (Xarici işlər naziri) – 7 saylı Səbail seçki dairəsi, Səbail rayonu Zabitlər evində yerləşən 4 saylı məntəqə;

Elçin Quliyev (Dövlət Sərhəd Xidmətinin rəisi) – 20 saylı Nərimanov ikinci seçki dairəsi, Əhalinin Mədəni-Kütləvi Tədbirlər Otağında yerləşən 20 saylı məntəqə;

Əli Əsədov (Baş nazir) – 7 saylı Səbail seçki dairəsi, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən 2 saylı məntəqə;

Əli Nağıyev (Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi) – 23 saylı Nəsimi-Səbail seçki dairəsi, 23 saylı tam orta məktəbdə yerləşən 13 saylı məntəqə;

Emin Əmrullayev (Təhsil naziri) – 24 saylı Nizami birinci seçki dairəsi, Respublika Gigiyena və Epidemiologiya Mərkəzində yerləşən 20 saylı məntəqə;

Fərid Qayıbov (Gənclər və idman naziri) – 17 saylı Yasamal üçüncü seçki dairəsi, 1 saylı Bakı Tibb Kollecində yerləşən 11 saylı məntəqə;

Fikrət Məmmədov (Ədliyyə naziri) – 23 saylı Nəsimi-Səbail seçki dairəsi, K.Kərimov adına 8 saylı tam orta məktəbdə yerləşən 19 saylı məntəqə;

Fuad Muradov (Diasporla İş üzrə Dövlət Komitəsinin sədri) – 20 saylı Nərimanov ikinci seçki dairəsi, 47 saylı orta məktəbdə yerləşən 4 saylı məntəqə;

Fuad Nağıyev (Dövlət Turizm Agentliyinin sədri) – 22 saylı Nəsimi-Yasamal seçki dairəsi, 123 saylı Uşaq Bağçasında yerləşən 1 saylı məntəqə;

Kəmaləddin Heydərov (Fövqəladə hallar naziri) – 17 saylı Yasamal üçüncü seçki dairəsi, 60 saylı orta məktəbdə yerləşən 1 saylı məntəqə;

Məcnun Məmmədov (Kənd təsərrüfatı naziri) – 21 saylı Nəsimi-Binəqədi seçki dairəsi, 111 saylı məktəbdə yerləşən 11 saylı məntəqə;

Məzahir Pənahov (Mərkəzi Seçki Komissiyasının sədri) – 21 saylı Nəsimi-Binəqədi seçki dairəsi, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Binəqədi rayon Dövlət Yanğından Mühafizə Hissəsində yerləşən 31 saylı məntəqə;

Mikayıl Cabbarov (İqtisadiyyat naziri) – 7 saylı Səbail seçki dairəsi, Milli Musiqili Komediya Teatrında yerləşən 6 saylı məntəqə;

Mübariz Qurbanlı (Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri) – 17 saylı Yasamal üçüncü seçki dairəsi, 31 saylı tam orta məktəbdə yerləşən 6 saylı məntəqə;

Mürsəl İbrahimov (Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi) – 7 saylı Səbail seçki dairəsi, 6 saylı məktəbdə yerləşən 1 saylı məntəqə;

Muxtar Babayev (Ekologiya və təbii sərvətlər naziri) – 23 saylı Nəsimi-Səbail seçki dairəsi, Azərbaycan Dövlət Pedaqoji Universitetində yerləşən 36 saylı məntəqə;

Pərviz Şahbazov (Energetika naziri) – 7 saylı Səbail seçki dairəsi, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzində yerləşən 12 saylı məntəqə;

Rəşad Nəbiyev (Rəqəmsal inkişaf və nəqliyyat naziri) – 45 saylı Sumqayıt dördüncü seçki dairəsi, İnternat tipli Gimnaziyada yerləşən 35 saylı məntəqə;

Rövşən Nəcəf (Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti) – 20 saylı Nərimanov ikinci seçki dairəsi, Əhalinin Mədəni-Kütləvi Tədbirlər Otağında yerləşən 23 saylı məntəqə;

Rövşən Rüstəmov (“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri) – 33 saylı Xətai birinci seçki dairəsi, 64 saylı orta məktəbdə yerləşən 32 saylı məntəqə;

Rövşən Rzayev (Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri) – 17 saylı Yasamal üçüncü seçki dairəsi, 60 saylı orta məktəbdə yerləşən 1 saylı məntəqə;

Sahibə Qafarova (Milli Məclisin sədri) – 19 saylı Nərimanov birinci seçki dairəsi, Əhalinin Mədəni-Kütləvi Tədbirlər Otağında yerləşən 11 saylı məntəqə;

Şahin Bağırov (Dövlət Gömrük Komitəsinin sədri) – 35 saylı Xətai üçüncü seçki dairəsi, 27 saylı orta məktəbdə yerləşən 2 saylı məntəqə;

Saleh Məmmədov (Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri) – 7 saylı Səbail seçki dairəsi, 91 saylı məktəbdə yerləşən 16 saylı məntəqə;

Samir Şərifov (Maliyyə naziri) – 35 saylı Xətai üçüncü seçki dairəsi, 56 saylı orta məktəbdə yerləşən 6 saylı məntəqə;

Səbinə Əliyeva (Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) – 23 saylı Nəsimi-Səbail seçki dairəsi, 23 saylı tam orta məktəbdə yerləşən 13 saylı məntəqə;

Tahir Budaqov (Dövlət Statistika Komitəsinin sədri) – 20 saylı Nərimanov ikinci seçki dairəsi, Əhalinin Mədəni-Kütləvi Tədbirlər Otağında yerləşən 24 saylı məntəqə;

Taleh Kazımov ( Azərbaycan Mərkəzi Bankının sədri) – 23 saylı Nəsimi-Səbail seçki dairəsi, İlyas Əfəndiyev adına Elitar Gimnaziyada yerləşən 18 saylı məntəqə;

Teymur Musayev (Səhiyyə naziri) – 17 saylı Yasamal üçüncü seçki dairəsi, 61 saylı mənzil kommunal istismar sahəsində yerləşən 24 saylı məntəqə;

Vilayət Eyvazov (Daxili işlər naziri) – 20 saylı Nərimanov ikinci seçki dairəsi, Əhalinin Mədəni-Kütləvi Tədbirlər Otağında yerləşən 20 saylı məntəqə;

Zakir Həsənov ( Müdafiə naziri) – 23 saylı Nəsimi-Səbail seçki dairəsi, 164 saylı orta məktəbdə yerləşən 29 saylı məntəqə;

Zaur Hüseynov (“Bakı Metropoliteni” QSC-nin sədri) – 23 saylı Nəsimi-Səbail seçki dairəsi, 1 saylı tam orta məktəbdə yerləşən 9 saylı məntəqə.

xebe

Bu xəbəri paylaşın: