Hamıya yaxşı məlum olan Dünyanın 7 möcüzəsi adlı siyahı vardır. Amma əslində dünyanın möcüzələrinin sayı daha çoxdur. Onlardan heç olmasa 26-na nəzər salın, bu yerləri görməyə getməyə dəyər.
1. Niaqara Şəlaləsi (Kanada, ABŞ)
Hər saniyə üstdən aşağı 3160 ton su tökülür. Siz şəlaləni ABŞ və ya Kanada tərəfdən görə bilərsiniz, həmçinin ona suda səyahət edərək baxmaq olar.
2. Böyük Kanyon (ABŞ)
Böyük Kanyonun uzunluğu 446 km-dir, eni isə bəzi yerlərdə 29 km-ə çatır. Bu təbiətin əsl möcüzəsidir. Ən azı bir dəfə burada olmaqla siz ona bir ömürlük aşiq olacaqsınız.
3. Peito gölü (Kanada)
Bu gölün suyu incə firuzə rəngindədir və onun bir hissəsi canavar başına bənzəyir
4. Moher sıldırımları (İrlandiya)
Onların yüksəkliyi 214 metrdir. Qeyri-adi qayalara tamaşa etmək üçün hər il təxminən bir milyona yaxın turist gəlir.
5. Bromo vulkanı (İndoneziya)
Volkan artıq 20 ildir ki, aktiv mərhələdədir, onun yolları kül ilə örtülüdür.
6. Spencer gölü (Avstraliya)
Göldəki su, yosunların istehsal etdiyi karoten sayəsində parlaq çəhrayı rəngdədir
7. Solonchak Uyuni (Boliviya)
Bu, dəniz səviyyəsindən 3650 m yüksəklikdə yerləşən duzlu göldür. Yağış mövsümündə o, dünyanın ən böyük aynasına çevrilir
8. Halong Körfəzi (Vyetnam)
Körfəzdə təxminən 3000 ada, qayalıq və mağaralar var. Əfsanəyə görə, Halong adası bir əjdaha tərəfindən yaradılmışdır.
9. Ölü dəniz (İsrail)
Tərkibində duzluluğun yüksək olması ilə əlaqədr olaraq dənizdə batmaq mümkün deyil və siz həmişə suyun üzərində qalacaqsınız. Dənizin dibindəki qum və palçıq müalicəvidir.
10. Zhangjiajie Milli Meşə Parkı
Əgər yüksəklərdən qorxmasanız, onda»Avatar» filminin yaradıcılarına ilham verən qeyri-adi bir panorama açılayan dağa çıxa bilərsiniz.
11. Arka parkı (ABŞ)
Burada 2000-ə yaxən daş arka yerləşir. Tərkibindəki dəmir səbəbindən onlar qırmızımtıl və narıncı rəngə çalır. Təbii səbəblərdən dolayı hər il bir arka dağılır.
12. Uluru qayası (Avstraliya)
O, Avstraliyanın mərkəzində yerləşir və qum hissəciklərindən ibarətdir. Aborgenlərin sölərinə əsasən, buradan dağın sahibi — su pitonu yaşayıb.
13. Galapagos adaları (Ekvador)
Onlar əsasən öz heyvanları ilə məşhurdur: bağa, dəniz aslanları, pinqvinlər və s.Ən sərfəli kredit üçün müraciət et
14. Yellowstone Milli Parkı (ABŞ)
Burada göy qurşağının müxtəlif rənglərinə boyanan çox sayda qeyzer, təbiət landşaftları, göllər və göz oxşayan mənzərələr var.
15. Pamukkale (Türkiyə)
Təbii obyekt su hövzələrindən ibarətdir, suyun tempraturu 36 dərəcə Selsiyə çatır. Gölün adı türk dilindən tərcümədə «pambıq qala» deməkdir.
16. Iguazu şəlalələri (Argentina, Braziliya)
Bu yerdə 130 mln il öncə yaranmış 275-dən çox şəlalə birlikdə toplanıb.
17. Verdon dərəsi (Fransa)
Yaşıl-mavi sulara malik olan bu yer, həm də su əyləncələri, avarçəkmə, kayak və üzgüçülük üçün ideal məkandır.
18. Qobustan palçıq vulkanları (Azərbaycan)
Nadir təbiət hadisəsidir, gözlə görməyincə anlamaq mümkün deyil, yerdən qaynar lava deyil, soyuq palçıq çıxır.
19. Preikestolen (Norveç)
604 m hündürlükdə yerləşən bu nəhəng qayadan Lysefjorda gözəl mənzərə açılır. Qayanın zirvəsinə qalxmaq üçün 8 km məsafəni piyada qət etmək lazım gələcək.
20. Sequoia Milli Parkı (ABŞ)
Burada dünyanın ən yaşlı ağacları — sekvoyalar böyüyür. Dünyanın ən böyük ağacının adı General Şermandır, onun hündürlüyü 83,8 m, gövdəsinin piramidası 31,3 m, yaşı isə təxminən 2700 ildir.
21. El Yunque tropik meşəsi (Puerto-Riko)
Buarada 400 növə yaxın nadir bitki növü mövcuddur, heyvalar aləmi də çox rəngarəngdir.
22. Saxara səhrаsı (Afrika)
O, 10 ölkənin ərazində yerləşir və hər il öz sərhədlərini 6-10 km artırır.
23. Blyde çayının kanyonu д (CAR)
Yer kürəsinin məşhur və böyük kanyonları içərisində ən yaşıl olan kanyon. Burada kərkədan, timsah, zebra, meymun və digər heyvanlar məskən salıb
24. Mərmər mağaralar (Çili)
Gülün suyu çoxsaylı mərmər təbəqəsini aşınmaya uğradıb və nəticədə mavi rəngli sütünlar, mağaralar və tunellər əmələ gəlib.
25. Matterhorn dağı (İsveçra)
Bu dağ özünün piramıdanı xatırladan görünüşü və yan xətləri ilə məşhurdur.
26. Viktoriya şəlaləsi (Zambiya və Zimbabve)
Sadəcə təsəvvür edin, şəlalənin eni 1,8 km, hündürlüyü isə 200 metrdir. Yerli əhali bu şəlaləni «uğuldayan tüstü» adlandırır