İlk ölüləri torpağa basdırma mərasimi, İspaniyanın Atapuerka bölgəsində 350 min il əvvəl baş verib.
Bütün ölümlərin təməlində oksigen qıtlığı durur. ABŞ-da basdırılan cəsədlər, torpağa hər il təxminən 3 milyon litr maye buraxır.
• Bir İsveç şirkəti, cəsədləri müxtəlif kimyəvi maddələrlə dondurur. Cəsəd, bir balonun içində 6-12 ay arası müddətdə tamamilə yox olur. Beləcə ətrafa zərər verilmədiyini iddia edən şirkət, bunu «ekoloji dəfn» adlandırır.
• Hindistandakı Zərdüştlər cəsədləri qırğıların yeməsi üçün açıq sahəyə atır.
• İngilis Kraliçası Viktoriyanın əri Şahzadə Albert, xalatı və əlinin gipsiylə basdırılmaq üçün israr etmişdir.
• Madaqaskarda ailələr qohumlarının sümüklərini çıxarıb mərasimlə kəndin ətrafında dolaşdırır. Daha sonra da sümüklər yeni bir kəfənə qoyulub yenidən basdırılır. Köhnə kəfən, yeni evlənənə verilir və ya uşağı olmayanların yataqlarına sərilir.
• 19-cu əsrdə Misirdə dəmiryolu inşaatı edən şirkət, mumiyaları lokomotivlərə yanacaq olaraq istifadə etdi. Bununla da tarixin bir qismini sildilər.
• İngilis filosofu Frensis Bekon toyuğu dondurmaq istədi. Toyuğun içini qarla dolduran Bekon, soyuqdan xəstəliyə yaxalandı. 1926-cı ildə də sətəlcəmdən həyatını itirdi.
• Embrional inkişaf dövründə orqanların meydana gəlməsində bəzi hüceyrələr ölür. Əgər bəzi hüceyrələr ölməsəydi, ördəklər kimi pərdəli ayaqlarla doğulardıq.
• 1907-ci ildə Massaçusetsli bir həkim, xüsusi bir ölüm döşəyi hazırladı. Sonra da insan bədəninin ölüm anında 21 qram itirdiyini hesabat etdi. Bu səbəblə ruhun 21 qram tutduğu fərz edilir
• ABŞ-da insanların 80%-i xəstəxanada ölür.
• ABŞ-ın Nyu-York şəhərində intihar edənlərin sayı cinayət qurbanlarının sayından çoxdur.
• Bəşəriyyətin yaranmasından bu yana 100 milyard insanın öldüyü güman edilir.