Əmək Məcəlləsinin 120 maddəsinə əsasən Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda xəsarət (yaralanma, travma, kontuziya) alan işçilərə, Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanlarına, Azərbaycanın Milli Qəhrəmanlarına, Sovet İttifaqı Qəhrəmanlarına, 1941-1945-ci illər müharibəsində döyüş əməliyyatlarında iştirak etmiş, habelə hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş hərbi qulluqçulara, İstiqlal ordeni ilə, habelə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün müdafiəsi ilə bağlı digər dövlət təltifləri ilə təltif olunmuş işçilərə məzuniyyət 46 təqvim günündən az olmayaraq verilir.
Müharibə iştirakçısına 46 təqvim günü əmək məzuniyyəti düşür?
Xeyr, məzuniyyət üçün verilən 46 təqvim günü müharibə iştirakçılarına şamil edilmir.
Bəs kimlərə şamil edilir?
Sual yaranan qeydlərə nəzər salaq.
Misal — 1: A şəxs müharibə iştirakçıdır (və ya mülki şəxs olaraq 20 Yanvar iştikaçısıdır) və iştirak zamanı yaralanıb. Onun yaralanma, travma, kontuziya alması barədə təqsdiq edici sənədi olduqda ona 46 gün məzuniyyət düşür.
Misal — 2. A şəxs 1941-1945-ci ildə hərbi xidmətdə olub bu halda bu şəxsdə maddənin tələblərinə uyğun olaraq 46 gün məzuniyyət düşür, hətta hərbi qulluqçu olaraq döyüş əməliyyatlarında iştirak etməsə belə maddənin tələblərinə əsasən ona 46 məzuniyyət düşür.
Misal — 3. A şəxs müharibə iştirakçıdır və bununla bağlı təltif olunub. Misal olaraq «Şuşanın azad olunması» medalı ilə. Belə olan halda bu şəxsə də maddənin tələblərindən göründüyü kimi 46 gün məzuniyyət düşür.
Misal — 4. A şəxs müharibə iştirakçısı olmaqla bərabər müharibə veteranı adı almışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qeydlərinə əsasən 2022-ci ildə hazırlanmış yeni qanun layihəsində bununla bağlı təklif əksini tapısa da, bu təsdiq olunmayıb. Ona görə də, müharibə veteranlarını almış şəxslərə 46 təqvim günü məzuniyyət düşmür.