Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) yaradılması münasibətilə qurumun rəhbərliyini, əməkdaşlarını və şəxsi heyətini təbrik edirb.
Təbrikdə qeyd olunur:
«Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 31 iyul tarixli, 740 nömrəli Fərmanı ilə yaradılmış Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti yarandığı gündən Vətənimizi göz bəbəyi kimi qorumaqla yanaşı, DSX qoşunları 44 günlük Vətən müharibəsi dövründə də böyük qəhrəmanlıq və şücaət göstərmişdir.
Fəaliyyətini insan və vətəndaş hüquq və azadlıqlarına riayət, qanunçuluq, humanistlik və Silahlı Qüvvələr quruculuğunun təşkilat prinsipləri əsasında quran Dövlət Sərhəd Xidmətinin rəhbərliyini, əməkdaşlarını və bütün şəxsi heyəti Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi adından təbrik edir, eyni zamanda Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olmuş cəsur sərhədçilərimizin əziz xatirəsini hörmət və ehtiramla yad edirik!»
AVMVİB Mətbuat xidməti