Təbrik: Polkovnik Cəlil Xəlilov

Bu gün Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının professoru Cəlil Xəlilovun doğum günüdür.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) rəhbərliyi və AVMVİB sədri Füzuli Rzaquliyev ölkəmizdə ordu quruculuğu, vətənpərvərlik ruhunun aşılanması, veteranların sosial müdafiəsi və gənclərin milli dəyərlər ruhunda tərbiyəsi sahəsində mühüm xidmətləri olan dəyərli ziyalı, fədakar vətənpərvər Cəlil Xəlilovu doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir.

Əmək fəaliyyətində daim prinsipiallığı, dürüstlüyü və yüksək təşkilatçılıq bacarığı ilə seçilən Cəlil müəllim, həm də bir ziyalı kimi cəmiyyət arasında böyük nüfuz qazanmış, hər zaman dövlətçiliyimizin möhkəmləndirilməsi istiqamətində fəaliyyət göstərmişdir.

Sizə — Vətənə sədaqətlə xidmət etmiş, ordumuzun möhkəmlənməsinə və gənc nəslin vətənə bağlı ruhda yetişməsinə töhfələr vermiş hörmətli Cəlil Xəlilova can sağlığı, uzun ömür, ailə səadəti, işlərinizdə yeni-yeni uğurlar, yaradıcılıq enerjisi və gümrahlıq arzulayırıq.

Qoy yaşınızın üstünə gələn bu yeni yaş sizə sevinc, ruh yüksəkliyi və yeni nailiyyətlər bəxş etsin. Hər yeni gününüz ötən günlərdən daha bərəkətli, daha mənalı, arzularınıza daha yaxın və sizi daha da xoşbəxt edən şəkildə keçsin.

100 yaşayın, Cəlil müəllim!
Təbrik edirik!

Bu xəbəri paylaşın: