Qazi Aslan Fədai bu şeirini Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinə ithaf etmişdir
Həmişə döyüşə biz hazırıq
Yüz minlik veteran, bir ordumuz var,
Heç bir ordudan, geri qalmazlar.
Vətən dara düşsə, qalxıb ayağa,
Milli ordumuzla, yan yana durar.
Vətən uğrunda, döyüşən oğullar,
Nə dünənləri, nə bu günü var.
Döyüşə hazırdı, gecə gündüz də,
Vətən keşiyində, hər an durarlar.
Doyüşdə görünməz, qoca cavandır,
Onların hər biri, bir qəhrəmandır.
Vətənin uğrunda, canından keçən,
Vətənlə vətəndir, vətən oğludur.
Sınanmış qardaş, sınanmış dostuq,
Şəhid ruhları iıə, biz qovuşmuşuq.
Bizim yolu gedən, övladlarımızla,
Bir cərgədə durub addımlayarıq.
Ana yurdumuz, odlar yurdumuz,
Türkün əcdadıyıq, Turan yolumuz.
Veteran qazilər, olsaq da belə,
Döyüşə girməyə, hər an hazırız.
Bir barmaq, bir göz, bircə qolumuz,
Yoxdursa yerində, ayaqlarımız.
Düşmənin başına, od ələyərik,
Nəsihət ediblər, əcdadlarımız.
Hər yerdə hər zaman, birincilərik,
Axı biz özümüz, elə vətənik.
Ehtiyyat qüvvələr, yaransın deyə,
Biz təskilatlanıb, bütövləşmişik.
Yuz minlik ordunun, başında duran,
Koroğlu ləqəbli, Füzuli komandan.
Döyüşə getmişdi, öz övladıyla,
Olsa da qazi, olsa da veteran.
Rəhmət diləyək, şəhidlərimizə,
Ayan olardıq biz, birbirimizə.
Döyüşə girərdik, bizlər birlikdə,
Olmadı Şəhidlik, qismətimizə.
Qardaşim övladım, Türküm Turanım,
Tərəddüd eyləmə, sən Türküstanım.
Birlikdə çıxmışıq, Turan yoluna,
Turanın ürəyidir, Azərbaycanım.
Qazi Aslan Fədai
Bakı. Biləcəri
Tarix: 29.04.25
Saat: 05:00
