Elnarə Xəlilova təyyarə qəzası qəhrəmanlarına mahnı həsr edib.
Fedai.az xəbər verir ki, bəstə «Hər şey yaxşı olacaq” adlanır.
Mahnının sözləri şair-publisist, ictimai xadim, “Tərəqqi” medalı və «Sülh səfiri» mükafatçısı, AYB-nin, AJB-nin, YAP-ın üzvü, AVMVİB-nin müşaviri Nəsibə İsrafilqızına, musiqisi Rəbiyə Mədətovaya aiddir.
Süni intelektlə hazırlanan klip müğənninin «youtube» kanalında yayımlanıb.
Xatırladaq ki, klip 25 dekabr 2024-cü ildə Qazaxıstana qəza enişi edən Azərbaycan hava yollarına aid təyyarənin qəzaya uğraması nəticəsində həlak olan ekipaj üzvləri və sərnişinlərin əziz xatirəsinə ithaf olunub.