Bu gün Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Yasamal rayon şöbəsinin sədri və üzvləri Bakı Dəmir Yolu Kollecində «Mina təhlükəsi, müharibənin fəsadları» mövzusunda maarifləndirici görüş keçirdilər. Tədbirin əsas məqsədi şagirdlərə mina təhlükəsi barədə məlumat vermək və onların bu istiqamətdə maarifləndirilməsini təmin etmək idi.
Görüş zamanı iştirakçılara müxtəlif tipli minalar və tələlər barədə ətraflı məlumat verildi. Eyni zamanda Azərbaycanın işğaldan azad olunmuş ərazilərində mövcud olan mina təhlükəsi və həmin bölgələrdə təhlükəsiz davranış qaydaları diqqətə çatdırıldı. Şagirdlərə naməlum əşyalarla qarşılaşdıqda necə davranmalı olduqları izah olundu, onlarla interaktiv müzakirələr aparıldı.
Maarifləndirici tədbir iştirakçılar tərəfindən maraqla qarşılandı və bu cür görüşlərin davam etdirilməsinin vacibliyi vurğulandı.
AVMVİB-in Mətbuat xidməti
Yasamal rayon təşkilatının sədri Salman Hüseynov








