13 may 2025-ci il tarixində İsmayıllı rayonunun Qalıncaq kənd tam orta məktəbində iki əlamətdar hadisə – təhsil ocağının 100 illik yubileyi və bu məktəbdə çalışan, «Azərbaycan Bayrağı» ordenli fədakar müəllim Taleh Nəcəfovun 65 illik yubileyi münasibətilə təntənəli tədbir keçirildi.
Tədbirdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) İsmayıllı rayon şöbəsinin sədri Bəylər Həlimli və bir qrup üzvü də iştirak edərək, məktəbin və müəllimin keçdiyi şərəfli yolu, milli-mənəvi dəyərlərə sadiq xidmətlərini yüksək dəyərləndirdilər. Çıxış edənlər Taleh müəllimin həm pedaqoji fəaliyyətini, həm də gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsindəki rolunu xüsusi vurğuladılar.
Tədbir yüksək səviyyədə təşkil olunmuş, məktəbin müəllim və şagird kollektivi yubileyə layiq təqdimatlarla çıxış etmişdir.
AVMVİB-in Mətbuat xidməti








