Azərbaycan-Türkiyə qardaşlığımız əbədidir

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) beynəlxalq əlaqələr üzrə sədr müavini və AVMVİB Nəsimi rayon şöbəsinin sədri, polkovnik Elmar Hüseynov Türkiyənin Sivas şəhərində müxtəlif rəsmi tədbirlərdə iştirak edib.

Tədbirlər zamanı Sivas Şəhid Ailələri və Qazilər Dərnəyinin sədri Fateh Dəvəci, İndoneziyalı professor Dvi Sulisvoro, Vətənpərvər Cingiz Ağlara Ağbaba ilə görüşlər keçirilib. Görüşlərdə şəhidlər və qazilər haqqında yazılmış kitablar və Azərbaycandan gətirilmiş xatirə hədiyyələri təqdim olunub.

Eyni zamanda, görüş iştirakçıları arasında Turan Türk Dövlətləri Müharibə Veteranları Birliyinin gələcək əməkdaşlığı və birgə fəaliyyət planları barədə geniş fikir mübadiləsi aparılıb. Bu əməkdaşlığın regional əməkdaşlığı gücləndirəcəyi və veteranların hüquqlarının müdafiəsində önəmli rol oynayacağı vurğulanıb.

Qeyd edək ki, AVMVİB-in sədri Füzuli Rzaquliyevin əmrinə və AVMVİB İdarə Heyətinin qərarına uyğun olaraq AVMVİB-in Beynəlxalq əlaqələrin daha da gücləndirilməsi istiqamətində fəaliyyətini daim genişləndirir. Təşkilat müxtəlif beynəlxalq platformalarda uğurla təmsil olunur və türk dünyası veteranları arasında həmrəylik ruhunun artırılması üçün mühüm addımlar atır.

AVMVİB-in Mətbuat xidməti

Whats-App-Image-2025-05-18-at-15-23-24

Whats-App-Image-2025-05-18-at-15-23-24-1 Whats-App-Image-2025-05-18-at-15-23-25-1

Whats-App-Image-2025-05-18-at-15-23-25-2

Whats-App-Image-2025-05-18-at-15-23-26

Whats-App-Image-2025-05-18-at-15-23-26-1

Bu xəbəri paylaşın: