Prezident Sarkisyan Azərbaycan neftindən pul qazanırmı? — VİDEO

Ermənistan prezidenti Armen Sarkisyan faktiki olaraq ölkə parlamentinə etiraz olaraq fevralın 6-da prezident artıq Milli Məclis tərəfindən qəbul edilmiş qanunlara düzəlişləri imzalamaqdan imtina etdi.

Armen Sarkisyan iki qanuna edilən düzəlişlərin konstitusiyaya uyğun olmasına şübhə edərək, bu məsələyə aydınlıq gətirmək üçün Konstitusiya Məhkəməsinə müraciət etdi.

Bu addım, həm millət vəkilləri, həm də bütün cəmiyyət üçün olduqca gözlənilməz oldu.

Fakt budur ki, ölkənin parlament idarəetmə formasına keçməsindən sonra prezident artıq geniş səlahiyyətlərə sahib deyil, dövlət başçısı indi baş nazirdir. Prezidentlik daha çox təmsilçilik xarakteri daşıyır.

Pşinyan hakimiyyətə gələndən Konstitusiya Məhkəməsi ilə də problemlər yaşayır və bu problem Avopa Şurasının müzakirələrinə səbəb olub. Bu addımdan dərhal sonra prezident A. Sarkisyanın Aərbaycanla bağlı biznesi barədə informasiyalar dövrəyə buraxılıb. İnformasiyaları diqqətinizə çatdırmağı Fedai.az olaraq diqqətinizə çatdırmağı özümüzə borc bildik.

Eurasia Diary  — nin yayınladığı bir məqaləni diqqətinizə çatdırırıq.

Fevralın 4-də Ermənistandakı “Adekvat” cəmiyyəti Ermənistan prezidentinin iqamətgahı qarşısında etiraz aksiyası keçiriblər. Onlar iqamətgahın önünə neft çəlləkləri düzüblər. Etirazçılar mitinqdən sonra prezident Armen Sarkisyana məktub ünvanlayıblar.

Eurasia Diary “News.am”-a istinadən xəbər verir ki, məktub və etiraz aksiyası barədə yerli mətbuata məlumat verən, cəmiyyətin üzvlərindən biri olan Artur Danielyan maraqlı fikirlər səsləndirib:

“Məktubda biz, Ermənistan prezidenti A.Sarkisyana bizimlə görüşüb, dialoq aparmasını xahiş etdik. Ondan “BP” (British petrolium) səhmdarlığından çıxmağı və Ermənistan prezidenti funksiyalarını icra etməyi tələb edirik. Bizə maraqlıdır ki, bu adam Azərbaycandan qazandığı pullardan imtina etməyə hazırdırmı?”

A.Danielyanın sonda verdiyi sual bizdə şok effekti yaratdı. Necə yəni, Ermənistanın hazırkı prezidenti BP-nin səhmdarıdır və Azərbaycan neftindən gəlir əldə edir? Təbii ki, BP səhmdarı olmaq mütləq Azərbaycan neftindən pul qazanmaq anlamına gəlmir, çünki BP yalnız Azərbaycanda neft hasilatı ilə məşğul olmur. Lakin aktivistin səsləndirdiyi fikir, istər-istəməz insanı düşündürür. Çünki, Ermənistanın hazırki prezidenti A.Sarkisyan vaxtilə BP-nin əməkdaşı olub.

Qeyd edək ki, o, 2001-2013-cü illərdə BP-nin baş məsləhətçisi vəzifəsini icra edib. Həmçinin, A.Sarkisyanın Böyük Britaniya ilə əlaqələri sadəcə BP səviyyəsində deyil. İrəvan Dövlət Universitetinin məzunu olan A.Sarkisyan 1984-1985 və 1989-1991-ci illər arasında Kembriç və London Universitetlərində elmi tədqiqatçı və müəllim kimi çalışıb.

1991-ci ildə Ermənistan müstəqilliyini əldə etdikdən sonra Qərbdəki ilk səfirliyini Böyük Britaniyada açır və Ermənistanın ilk Britaniya səfiri də məhz A.Sarkisyan olur. Sarkisyan 1995-ci ilə qədər səfir kimi çalışır, sonra Ermənistanın Avropa İttifaqındakı missiyasının başçısı, 1996-ci ildə Ermənistan Baş Naziri vəzifələrini icra edir. 1997-ci ildə Ermənistanda baş verən Qarabağ klanı çevrilişindən sonra isə Britaniyaya qayıdır və özəl sektorda çalışmağa başlayır. 2013-ə qədər BP-də baş məsləhətçi kimi çalışan A. Sarkisyan eyni ildə yenidən Ermənistanın Böyük Britaniyadakı səfiri təyin edilir.

Əlavə edim ki, Sarkisyanın iki oğlu var və hər ikisi Britaniya vətəndaşıdır.

Bütün bu məlumatlardan sonra biri durub mənə A.Sarkisyanın BP-də səhmlərinin olduğunu desə, heç təəccüblənmərəm. Hətta bu səhmlər “BP-Azərbaycan”-a aid olsa yenə təəccüblənmərəm…

Həmçinin bu iddia doğru olsa belə Sarkisyan Azərbaycan neftindən pul qazanan ilk erməni deyil.

Qarabağ müharibəsi zamanı ölkəmizin neftini, benzinini dəyər-dəyməzinə erməni zabitləri və iş adamlarına satanlar Sarkisyan kimi yüzlərlə ermənini milyonçuya çevirmişdilər…

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •