Azərbaycanın Milli Qəhrəmanı Ramiz Qənbərovun anası dünyasını dəyişib.
Azərbaycanın Milli Qəhrəmanı Şuşa özünümüdafiə batalyonunun komandiri, Qarabağ müharibəsi döyüşçüsü Ramiz Qənbərovun anası Səkinə Qənbərova bu gün səhər saatlarında vəfat edib.
Yaxınlarının verdiyi məlumata görə, mərhumə bu gün Bakıda dəfn ediləcək.
AVMVİB Rəhbərliyi və döyüş yoldaşları AVMVİB Şuşa rayon şöbəsinin sədri Hafiz Qənbərova anası Səkinə xanımın vəfatından kədərləndiklərini bildirir və dərin hüznlə başsağlığı verirlər.
Allah rəhmət eləsin!
Məkanı cənnət olsun!

