Düşmən Tovuz istiqamətində yenə təxribata cəhd etdi — MN

İyulun 29-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri taktiki pilotsuz uçuş aparatı (PUA) vasitəsilə Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki mövqelərimiz üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərib.

Bu barədə Müdafiə Nazirliyi məlumat verib.

Hava Hücumundan Müdafiə bölmələri tərəfindən düşmənin növbəti PUA-sı dərhal aşkar olunaraq məhv edilib.

*****

Düşmən ölkədən verilən məlumata görə, Ermənistanın Tavuş bölgəsində müqaviləli hərbi qulluqçu silahla yaralanıb.

Virtualaz.org xəbər verir ki, bu barədə Nerkin Karmragbyur kənd administrasiyasının rəhbəri Levon Arakelyan məlumat verib.

Arakelyanın sözlərinə görə, Ermənistan silahlı qüvvələrinin yaralı əsgəri 39 yaşlı Manvel Karamanyandır.

“Hadisə gecə baş verib, bir əsgər ayağından yaralanıb. Hazırda o Berd xəstəxanasının əməliyyat otağındadır. Hələlik yaranın şiddəti haqqında söz demək tezdir”, – kənd administrasiyasının rəhbəri deyib.

P.S. Şuşan Stepanyan «utandığından» bu xəbərə reaksiya verməyib…

Bu xəbəri paylaşın: