Müdafiə nazirliyinin yaranması haqqında əmrin 102 yaşı tamam oldu

1 Avqust 1918-ci il tarixdə Azərbaycan tarixində ilk dəfə Müdafiə Nazirliyinin yaranması haqqında Azərbaycan Xalq Cümhuriyyəti Gəncə şəhərində əmr imzalamışdır.


İlk Müdafiə Nazirimiz isə Xosrov Paşa bəy Sultanov olmuşdur, ancaq Azərbaycanda baş verən məlum hadisələr Nuru Paşanın komandanlığı altında olan Qafqaz İslam Ordusunun Azərbaycanda olması və Hərbiyyə Naziri vəzifəsi öhtəliklərini Nuru Paşanın öz üzərinə götürməsi, Azərbaycanda Müdafiə Nazirliyinin tam formalaşmasını 1918-ci ilin oktyabır ayına qədər qismən ləngitmişdir.
Bu prosesin dahada güclənməsinə səbəb isə Birinci Dünya savaşı dönəmində Osmanlını məğlub düşürmək üçün imzalanmış 1918-ci ilin 30-Oktyabrındakı Mudros sülh müqaviləsi idi ki, bu müqaviləyə əsasən, Qafqaz İslam Ordusu bütün Qafqazdan və eləcədə Azərbaycan torpaqlarından çıxarılmalı idi.


Beləliklə 17-noyabr 1918-ci il tarixdə Nuru Paşa arxasında 1100- şəhid buraxaraq Azərbaycan torpaqlarındakı şanlı əməliyyatları yarımçıq qoyaraq Türkiyəyə qayıtdı.


Beynəlxalq aləmdə yaranmış olan siyasi vəziyyət və Osmanlının düşdüyü çətin şərait Azərbaycan Xalq Cümhuriyyəti Hökumətini 26-iyun tarixindəki Ordu quruculuğundakı qərarı və 01-avqust 1918-ci il tarixindəki Hərbi Nazirliyin yaradılması ilə bağlı olan qərarı haqqında sıx müzakirələr aparmaq məqsədi ilə 23-oktyabr 1918-ci il tarixində keçirdiyi iclasında Hərbi Nazirliyin yenidən bərpa edilməsi haqqında yekdilliklə qərar qəbul etdi.


07-noyabr 1918-ci ildə artıq Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi Nazirliyi təsis edildi. Azərbaycan Nazirlər Şurasının sədiri Fətəli Xan Xoyski eyni zamanda müvəqqəti olaraq Hərbi Nazir vəzifəsinidə yerinə yetirməyə başladı, onun müavini isə keçmiş çar ordusunun artilleriya General-leytenantı Səməd bəy Mehmandarov təyin edildi.


Lakin Bakıya Qafqaz islam Ordusunu əvəzləməyə gələn ingilis ordusunun Generalı Tomson türk qoşunları ilə birgə, yenicə yaradılmağa başlamış olan Azərbaycan ordusunuda 17-noyabr tarixində Qafqaz İslam Ordusu ilə birlikdə Bakını tərk etməsini qəti şəkildə tələb edirdi.
Beləliklə Hərbi Nazirlik və Azərbaycan Ordusu Bakıda fəaliyyətini davam etdirə bilməmiş 22-noyabr 1918-ci il tarixdə Bakını tərk edərək Döğma Gəncəmizə köçmüşdür.


1918-ci il 26-dekabr tarixində isə artileriya General-leytenantı Səməd bəy Mehmandarov Gəncə şəhərində Hərbi Nazir vəzifəsinə təyin edildi, həmin ilin 29-dekabrında isə Əliağa Şıxlinski isə Hərbi Nazirin müavini vəzifəsinə təyin edildi.


15-yanvar 1919-cu il tarixdə isə Hərbi Nazirliyin müvafiq idarə və şöbələri birləşdirən nazirliyin geniş səlahiyyətli Baş Qərargahı yaradıldı və General Süleyman bəy Sulkeviç onun rəisi təyin edildi.


Qərərgahın yanında xüsusi mətbəə, hərbi məhkəmə, və hərbi prokuror nəzarəti, hərbi nazirin yanında hərbi şura təsis edildi.


Azərbaycanın Ordu quruculuğunda xidməti olan generallarımız son dərəcədə müstəqil dövlətə və yeni yaradılmış olan ordu quruculuğuna bütün zəka və hərb sahəsindəki biliklərini sərf etməkdə idilər.


Eyni zamanda bu yolda şəhid olmuş həmin hərbi xadimlərin bu gün hər birinin əziz xatirəsini hörmət və ehtiramla anıb ruhlarına fatihələr itaf edirəm.


1. İbrahim ağa Vəkilov.
2. Həbib bəy Səlimov.
3. İbrahim ağa Usubov.
4. Hüseyn xan Naxçıvanski.
5. Mirzəkazımbəy Talışxanov.
6. Firudin bəy Vəzirov.
7. Qalib bəy Vəkilov.
8. Daniyel bəy Hələcov.
9. Əliyar bəy Həşimbəyov.
10. Süleyman bəy Əfəndiyev.
11. Teymur bəy Novruzov.
12. Əmir Kazım Mirzə Qovanlı-Qacar.
13. Feyzulla Mirzə Qovanlı-Qacar.
14. Cavad bəy Şıxlinski.
15. Əbdül Həmid bəy Qaytabaşı.
16. Murad Gəray bəy Telexasov.
17. Məhəmməd Sadıq bəy Ağabəyzadə.

Müəllif: Mahmud Mahmudzadə

Bu xəbəri paylaşın: