«Əzrayılın bala paylamaqlığı», yaxud ƏƏSMN-in min bir hərbi pensiya oyunu

“Bu gün əmək pensiyaları iki hissəyə bölünür”.

Fedai.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Nazir müavini bildirib ki, hərbi qulluqçuların əməkhaqlarının artımı həyata keçirildikdə pensiyalarının məbləği artır: “Ancaq ümumi əsaslarla pensiyaların məbləği isə hər il dövlət başçısının müvafiq sərəncamları ilə indeksasiya əmsalı tətbiq olunmaqla həyata keçirilir.

Dəyişikliklərdə heç bir halda hərbi qulluqçuların pensiya təminatının azalmasından söhbət getmir. Əksinə, bizim təklifimizin mahiyyəti ondan ibarətdir ki, hərbi qurumlarda çalışan şəxslərin pensiyalarının məbləği əməkhaqları artandan-artana yox, hər il indeksasiya edilsin”.

P.S. Yeni komandanın gələndən sosial sahədə ən yaxşı və yadda qalan işi -kara-eşitmə zəifliyi olan, kora-görmə qabiliyyəti zəif olan, qrup-dərəcə, əlil — hərəkət qabiliyyətini itirmiş və s. kimi əndrabadi filoloji «kəşflər», qoca inəklər və qotur keçilərdən ibarət olduğunu xatırlatmaqda fayda var…

P.P.S. Bir də xatırladaq ki, prezident fərmanının əksinə olaraq bu günədək hərbçilərin pensiyası indeksasiya edilməyib...

Bu xəbəri paylaşın: