ERMƏNİSTAN MTX-də RUSIYA KADRLARINA QARŞI TERROR BAŞLANDI

MTX -nin DİREKTORU A. KƏRƏMYAN BU SİSTEMİ RUS «CASUSLARDAN» TƏMİZLƏMƏYİ TAPŞIRDI


«HRAPARAK» (MEYDAN) qəzeti yazır: «Əldə etdiyimiz məlumata görə, Erm. Milli Təhlükəsizlik Xidmətinin 29 yaşlı direktoru Argişdi Kərəmyanın əmri ilə MTX-nin tərkibində olan RUS tərəfdarı olan heyətinə qarşı terror başlandı.


MTX-dən sizan məlumatlara görə, A. Kərəmyan sistemi RUS «ŞPİONLARDAN» təmizləməkdə qərarlıdır. Ona görə də, milliyyətcə erməni olmalarına baxmayaraq, sistemdə çalışan Rusiya Federal Təhlükəsizlik Xidmətində (FSB) təhsil alan və təşkilatla əlaqələrini davam etdirməkdə şübhəli bilinən işçilərin hamısı gənc direktorun hədəfinə düşüblər.


Kərəmyanın təyin olunmasının ilk günlərində onu tanıyanlar anti-Rusiya əhval-ruhiyyəsi ilə tanındığı üçün tezliklə anti-rus addımlar atacağını söyləyirdilər.


Buna bir nümunə olaraq, 2018-ci ildə Ermənistanda fəaliyyət göstərən Cənubi Qafqaz Dəmir yoluna qarşı dövlət hücumlarının Kərəmyanın özü tərəfindən həyata keçirildiyi göstərilir. Hansı ki, o zananlar o, Dövlət Nəzarəti Xidmətində çalışırdı.

İSMAYIL TANRIVERDİ
BDU-nun erməni araşdırmaları Elmi tədqiqat və Tədris Mərkəzinin Böyük elmi işçisi

Bu xəbəri paylaşın: