Bu sahələrin fəaliyyətinə icazə verildi — Siyahı

Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində 2020-ci ilin avqusutun 10-u saat 00.00-dan etibarən fəaliyyətinə icazə verilən  sahələrin siyahısı genişləndirilir. 

Fedai.az -ın  məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operatriv Qərargah sərt karantin rejiminin yumşaldılması istiqamətində növbəti tədbirlər paketində əksini tapıb.  

Aşağıdakı sahələrin də sərt karantin rejiminin tətbiq edildiyi rayonlarda fəaliyyətinə icazə veriləcək:

 — Açıq havada idman yarışlarının və oyunlarının keçirilməsi;

 — Qeyri-ərzaq mallarının satışını həyata keçirən ticarət obyektələrinin və əhaliyə məişət xidmətləri göstərən obyektlərin (iri ticarət mərkəzləri istisna olmaqla) fəaliyyəti;

 — maşın və avadanlıqların istehsalı;

 — elektrik avadanlıqlarının istehsalı;

 — kompüter, elektron və optik məhsulların istehsalı;

 — avtomobil, qoşqu və yarımqoşquların istehsalı;

 — sair nəqliyyat vasitələrinin istehsalı;

 — poliqrafiya məhsullarının istehsalı;

 — zərgərlik məmulatlarının istehsalı;

 — musiqi alətləri, idman mallarının istehsalı;

 — geyim istehsalı;

 — toxuculuq sənayesi;

 — ayaqqabıların istehsalı;

 — dəri və dəri məmulatlarının istehsalı;

 — tütün məmulatlarının istehsalı;

 — sair sənaye məhsullarının istehsalı.

Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisinə aşağıdakı şəxslərin giriş-çıxış məsələsi aşağıdakı qaydada həyata keçirilir:

  • Yaxın qohumunun dəfnində iştirak etmək istəyən şəxslər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin 102 Xidməti — Zəng Mərkəzi vasitəsilə alınan icazə əsasında;
  • Təxirəsalınmaz tibbi zərurətlə və ya qrafik üzrə müalicə almaqla əlaqədar həkim tərəfindən verilən arayış əsasında;
  • Beynəlxalq və ölkədaxili uçuşlara müvafiq reys üçün bileti olan şəxslər biletləri əsasında, dövlət sərhədindən müvafiq qaydada ölkəyə daxil olan şəxslərin yaşadıqları və ya olduqları yerə gəlməsinə isə onların pasportuna vurulmuş ştamp əsasında.

Operativ Qərargah vətəndaşlara müraciət edərək bildirir ki, infeksiyanın yayılmasının qarşısının alınması tədbirləri ilə iqtisadi fəaliyyəti sinxronlaşdırmaq üçün sanitar-epidemioloji tələblərə ciddi əməl edilməlidir. Sanitar-epidemioloji tələblərə əməl edilməsi iqtisadi fəaliyyəti davam etdirməyin və daha da genişləndirməyin yeganə üsuludur.

Bu xəbəri paylaşın: