Qətl, talan və kriminal hesablaşmalar – Gürcüstanın cənubunda nə baş verir?

Hakimiyyət Samtsxe-Cavaxetiya regionu və yerli kriminal qruplar üzərində nəzarəti itirib – Gürcüstanın cənubunda əsasən erməni icmasının yaşadığı Axalkalaki şəhərində baş verən fövqəladə hadisələri müxalift belə dəyərləndirir.

Yerli sakinlərdən çoxu deyirlər ki, vəziyyət o dərəcədə kriminallaşıb ki, onlar özlərini təhlükəsizlikdə hiss etmirlər.

Avqustun 8-də şəhər mərkəzində 27 yaşlı yerli sakin güllələnərək öldürüləndən sonra burada bir neçə bina talan edilib və yandırılıb.

Hazırda şəhərdə və rayonda sakitlikdir. Polis girişləri və çıxışları nəzarət altında saxlayır.

Amma yerli sakinlər deyirlər ki, kriminal hesablaşmalar gündəlik həyata çevrilib və burada çoxlarının odlu silahı var.

Cəzasızlıq sindromu cinayətkarlığın artmasına səbəb olub – müxalifət belə hesab edir və bir çox yerli sakinlər də bununla razılaşır.

Nə baş verib?

Avqustun 8-də axşam təxminən saat 19:00-da Axalkalakinin mərkəzində Kulikam kənd sakini 27 yaşlı Vartan Miranyan öldürülüb, üstəlik küçənin ortasında odlu silahla güllələnərək.

Buna qədər şəhərin mərkəzində – populyar parkda gənclərdən ibarət iki qrup arasında dəyənəklərlə və atışma ilə müşayiət olunan kütləvi dava baş verib və bu vaxt orada çoxlu uşaqlı insan olub.

Münaqişədə 10-12 nəfər iştirak edib. Sonra Mercedes markalı maşın yaxınlaşıb, kütlənin düz mərkəzində saxlayıb və bundan sonra atəş açılıb.

Bir neçə nəfər atəş açan adamın üzərinə atılıb. Bu adamın 37 yaşlı Artur Qabrielyan olduğu anlaşılıb və o, indi qəsdən adamöldürmə ittihamı ilə saxlanılıb.

Amma dava və atışma davam etdiyi bütün müddət ərzində hadisə yerinə polis gəlməyib.

Yerli jurnalistlər daha operativ reaksiya veriblər – gənc oğlanın qətlini toqquşma başlayan kimi hadisə yerinə gələn “Cavaxetiya İnformasiya Mərkəzi” onlayn xəbər portalının jurnalisti kameraya çəkib.

“Təcili yardım” da gecikib. Nəticədə ürəyindən yaralanan Miranyanı xəstəxanaya fərdi avtomobillə aparıblar.

Atışma hətta xəstəxananın həyətində də davam edib. Qabrielyan və onun dostları yaralını aparan maşını atəşə tutublar və düz xəstəxananın qapısı ağzında maşın aşıb.

Polis ilk dəfə xəstəxananın həyətində gözə dəyib və səhər başlayan hadisələrə nəhayət müdaxilə etməyə çalışıb.

Kriminal hesablaşma

Qətllə bitəm münaqişə səhər saatlarında başlayıb. Axalkalakidə polislərin müdaxilə etməyə gərək görmədiyi azı iki səs-küylü toqquşma baş verib.

Bir tərəfdən davada mərhum Vardan Miranyan da daxil olmaqla Kulikam kəndinin sakinləri olub. Digər tərəfdən isə davada Axalkalaki şəhərinin sakinləri – “ArtSeq” otelinin sahibi Artur Qabrielyan və dostları iştirak ediblər.

Münaqişə səbəbi tam aydın deyil. Versiyalardan birinə görə, bu, üç il əvvəl Kulikam kənd sakini ilə “ArtSeq” mehmanxanasının administrasiyası arasında baş verən münaqişəyə görə qisasdır.

Həmin vaxt münaqişə yoluna qoyulub, amma mehmanxana sahibi Artur Qabrielyan qisas alacağı ilə təhdid edib.

27 yaşlı gəncin qətli Axalkalakidə böyük iğtişaşlara səbəb olub.

Mərhumun dostları talanlar təşkil edib – Artur Qabrielyanın evini, atası Samvel Qabrielyanın evini, o cümlədən də Qabrielyanlara məxsus “ArtSeq” mehmanxanasını yandırıblar.

Münaqişə iştirakçıları, Artur Qabrielyanın dostları – Gena Zarmaryan və Kliment Kosyanın da evləri yandırılıb.

Yanmış evlərdə heç kim olmayıb, heç kim ziyan ziiyan çəkməyib.

Qətlddən dərhal sonra Axalkalakiyə xüsusi təyinatlılardan və polislərdən ibarət böyük qruplar cəlb olunub. Samtsxe-Cavaxetiya qubernatoru Besik Amiranaşvili də şəhərə gəlib.

Gürcüstan Daxili İşlər Nazirliyi Artur Qabrielyanın qəsdən adamöldürmə, qanunsuz odlu silah alma, saxlama və istifadə etmə ittihamları ilə saxlanıldığı haqda məlumat yayıb.

Bu cinayətə görə 7 ildən 15 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Müxalifət: hakimiyyət kriminal üzərində nəzarəti itirib

“Axalkalakinin mərkəzində onlarla insan güllə atıb, bir-birini döyüb. Sonra bu, xəstəxana həyətində – Baş Təhlükəsizlik İdarəsinin 15 metrliyində davam edib. Evlər, mehmanxanalar yanıb, dövlət isə bütün gün və gecə davam edən iğtişaşların qarşısını ala bilməyib.

Bu, o deməkdir ki, kriminal qüvvələr özlərini bu ölkəni idarə edən ev sahibi kimi hiss edirlər və bu vəziyyəti də Bidzina İvanişvili [oliqarx, Gürcüstanı kölgədən idarə edən şəxs, “Gürcü arzusu” iqtidar partiyasının sədri] yaradıb”, – JAMnews-a müsahibəsində müxalif “Avropa Gürcüstanı” partiyasının üzvü İrma Nadiraşvili deyib.

Hakimiyyətin nəzarəti itirdiyi mülahizəsi isə parlament deputatı və hakim partiyanın majoritar deputatlığa namizədi Samvel Manukyan da razılaşır.

“Gənclərin kriminal mentaliteti regiona Rusiyadan gələn ciddi problemdir”, – Manukyan JAMnews-a müsahibəsində deyib.

“Axalkalakidə belə qruplaşmalar, oğrular və bu kimi şeylər yoxdur. Amma Rusiya ilə sıx əlaqələr var, orada isə bunlar adi haldır. Bizim gənclər də orada bunu görür və həvəslənirlər”, – Manukyan bildirib.

“Mən istəyərdim ki, regionda qanun hakim olsun” – yerli deputat

Deputat Samvel Manukyan hesab edir ki, regionda qeyri-leqal silah problemi yoxdur, amma qanunun aliliyi ilə bağlı problem var:

“Silah böyük ehtimalla qanunidir – amma məsələ bu silahın harada və necə istifadə olunmasındadır. Leqal silaha sahib olan şəxs onu cibində daşımamalıdır. Məsələn, indi bütün gənclərin üzərində bıçaq olur. Mən soruşuram – niyə? Mənə cavab verirlər – elə belə”.

Manukyan deyir ki, cəmiyyətin polisə və polis nəzarətinə münasibətini kökündən dəyişmək zamanıdır.

“Biz istəyirik ki, qanun olsun, amma polis olmasın. Belə isə olmur.

Bax, mənə Diliski kəndindən zəng vurub soruşurdular ki, xüsusi təyinatlılar bizim kəndimizdə nə edir? Əlbəttə, maşını saxlayıb, yoxlayanda xoşlarına gəlmir. İnsanlar qəzəblənməyə başlayırlar və deyirlər ki, demokratik dövlətdə polis hər yoldan ötəni yoxlamamalıdır.Amma lazım olanda polis güclü olmalıdır. Və bundan şikayətlənmək lazım deyil”, – Manukyan deyir.(JAMNews/

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •