Sorosun erməni cocuqları 2 cəbhəyə bölünmək ərəfəsindədirlər

PAŞİNYAN SOROSU «ALDADIR». GÖZLƏNİLMƏZ DÖNÜŞ


Belarusda keçirilən prezident seçkiləri, xüsusən də Aleksandr Lukaşenkonun Prezident seçilməsi Ermənistanın hökumət evində dava-dalaşa səbəb oldu.


Problem Lukaşenkonun yenidən prezident olmasında deyil, problem, vaxtilə müxalifətçi və sadə müxbir Paşinyanın zülmkar bir diktator kimi qələmə verdiyi A. Lukaşenkonu prezident seçilməsi münasibətilə təbrik etməsindərir.


Özü də Qərbin əksinə olaraq, hakimiyyətə qarşı müxalifləri dağıtmaq üçün güc tətbiq edilən bir vaxtda, Lukaşenkoya qarşı etiraz nümayişi edənlərə sözün əsl mənasında divan tutulduğu bir zamanda, 1 nəfərin həlak olduğu və çoxsaylı yaraliların olduğu anda «məxməri» inqilabçının Lukaşenkonu təbrik etməsi hansı məntiqə uyğundur?


Lukaşenkonu təbrik etməklə Paşinyan faktiki olaraq təsdiq etdi ki, 2008-ci il 1 MART hadisələrinda o, və L. Ter-Petrosyan çox boyük səhvliklərə yol veriblər. R. Köçəryan isə o zaman konstitusiya qaydalarına uyğun olaraq düzgün hərəkət edibmiş. Paşinyan bu addımı ilə həm də özünü qorumaq üçün güc nazirliklərindən öz «qürurlu vətəndaşlarına» qarşı istifadə etməyə hazır olduğunu bildirdi.


Sorosçulara gəldikdə isə, Paşinyan bir daha maskalanmaq qərarına gəldi. O, Sorosçulara görə daha çox tənqid olunduğunu nəzərə alaraq müvəqqəti də olsa onlardan kənar durmağa üstünlük verdi və özünü AAİB-nin (AVRASİYA İqtisadi Birliyi) qucağına atmağı fikirləşdi.


Ekspertlər də Paşinyanın Lukaşenkonu tələsik təbrik etməlinin əsas səbəbini, məhz bunda görürlər.


İSMAYIL TANRIVERDİ
BDU-nun Erməni Araşdırmaları Elmi Tədqiqat və Tədris Mərkəzinin Böyük elmi işçisi

Bu xəbəri paylaşın: