KREML KARTLARI AÇDI… Paşinyanın iç üzü də açılır

Nikol, onu dünyaya gətirən valideynləri ilə «ŞEYTANIN DOĞUŞUDUR» — Erməni rejissoru

Rusiya Ermənistan hökumətinə qarşı fəal şəkildə hücumlarını davam etdirir.

Bildiyimiz kimi, Kremlin təbliğat maşını ilə N. Paşinyana qarşı növbəti hücumların nə olacağını söyləmək çətindir. Bu haqda rejissor Tiqran Keosayan da öz facebook səhifəsində Ermənistanın baş naziri Nikol Paşinyan haqqında yazdı. O, hətta Nikol Paşinyanın anti-milli tipinin 10-15 il əvvəl açıq-aşkar olduğunu bir daha sübut etməklə yanaşı, bu gün də bəzi mərkəzlərin və qüvvələrin proqramını həyata keçirməsi barədə, onun hər şeyə tüpürməsi milli tipinin keçmişdə də gözə çarpdığını qeyd etmişdir.


T. Keosayan Margarita Simonyanın bir neçə gün əvvəl hazırladığı səs-küylü məqaləyə də toxunub və qeyd edib. İndi Ermənistanda qəribə heç nə baş vermir, Paşinyan sadəcə dövrünün düşüncələrini praktik səviyyəyə həyata keçirir, erməni dövlətçiliyini və kimliyini məhv edir. O, Paşinyanın 2005-ci ildə «dəhşətli» məqaləsini oxuduqdan sonra ağır duyğular keçirdiyini bölüşür.


Artıq rəsmi Moskva oyun kartlarını açmaqla eyni zamanda Paşinyanı hakimiyyətə gətirənlərin köhnə fikirli olduqlarını vurğulayaraq Ermənistan Respublikasının keçmiş hakimiyyətini açıq şəkildə ittiham edir. Keosayan deyir: — «Mən Ermənistanın əvvəlki hökuməti dövründə hakimiyyətin xalqa qarşı nə qədər acınacaqlı, alçaldıcı və nifrət dolu münasibətdə olduğu barədə heç bir təsəvvürüm yoxdur. Bəs özümüzü unutmağa, kim olduğumuzu və haradan olduğumuzu unutmağa çağıran bir adamı, atalarımızın məzarlarına tüpürməyə səsləyən bir adamı necə rəhbərliyə gətirmək olardı?

Kiçik bir jurnalistə parlament tribunası verərək istədiyi məsələni qəsdən qanuniləşdirdiyinə necə dözmək olardı? Çox ehtimal ki, Paşinyan qərb ölkələrinə Ermənistanda hər şeyin demokratik əsaslarla olduğunu göstərmək üçün bu addımı atır və eyni səbəbdən də Ermənistandakı rus məktəblərinin bağlanmasına nail oldu.»


Beləliklə də, Paşinyan öz xalqını yalan vədlər verərək qarət etməyə davam etdi. Bundan sonra S.Sərkisyanla toxunulmazlığı müqabilində hakimiyyətin təhvil verilməsinə dair razılaşma əldə etdi. Əks təqdirdə, martın 1-də konstitusiya vəzifələrini yerinə yetirən Köçəryanın həbsi fonunda heç kimin Sərkisyana toxunmamasını necə izah edilə bilər? Diqqətlə qırxılmış Paşinyanın piyar mütəxəssisləri məsələsində də bəxti gətirdi, hansılar ki, ona saqqal saxlamağı, «xaki» rəngli paltar geyinməyi və sağ əlini bandaj etməyi məsləhət gördülər.


Paşinyan qlobalizm ideyalarını, xalqların bənzərsizliyini kökləri olmayan bir ortama, bir şeyə çevirməli ideyaları təbliğ etmək məqsədi ilə bəlkə də Soros tərəfindən, bəlkə də şeytanın özü tərəfindən Ermənistan torpaqlarına göndərildi. Bu ideya qarşısına çıxan hər şey məhv edilməlidir: Dini, tarixi, milli ədəbiyyatı və s. necə ki, eyni tarixin, ailənin qəyyumu olaraq». Rejissor Keosayan bütün bunları sadalayaraq Paşinyanın da bu yolda olduğunu təsdiq edir.


İSMAYIL TANRIVERDİ
BDU-nun Erməni araşdırmaları elmi tədqiqat və Tədris Mərkəzinin Böyük elmi işçisi

Bu xəbəri paylaşın: