II Dünya müharibəsində əsir düşərgəsində güllələnmiş azərbaycanlılar

Nijat Kazımov


Dostlar, maraqlı bir ip ucu tapmışam və araşdırmam sürətlə davam edir!

Deməli, Əhmədiyyə Cəbrayılov haqqında araşdırma edirdim, video hazırlamaq istəyirdim. Lakin, tamam başqa bir məsələ ilə tanış oldum, təsirli sənədlər tapdım.

İkinci dünya müharibəsində almanlar tərəfindən əsir götürülmüş 394 sovet əsgərlərinin içində 10 nəfər Azərbaycanlılar da olub.

Onları Strasburqa 1 saat məsafədə Fort De Mutzig adlanan yeraltı nazi hərbi düşərgəsinə gətiriblər. Orada bu 10 nəfərə almanlar tərəfə keçməsi tələb olunub, əks təqdirdə öldürüləcəklərmiş. 10 əsgərimiz bu təklifi rədd ediblər və elə həmin yerdəcə güllələyiblər…

Almanlar bu hadisələri sənədləşdirib. Həmin sənədlər isə hazırda məndədir.

Bu qəhrəmanların ikisi yaşadığım şəhərin qəbrstanlığındadır. Qəbrstanlıq-qəbrstanlıq gəzirəm və hamısını tapmağa çalışıram. Bəlkə hansılarsa sovet dövründə Azərbaycana gətirilib.

Dostlar, bu barədə fransız peşəkar yoldaşlarımla ciddi sənədli film hazırlayıram. Sənədləri göstərən kimi təklifimi qəbul etdilər.

Heç vaxt ailələri onların Fransada olduğunu bəlkə də bilməyib. Bu səbəbdən facebookda adları paylaşmaqla qəhrəmancasına həlak olmuş qürbətdə dəfn olunan əsgərlərimizi həm ailələrinə qovuşdurmaq istəyirəm, həm də sənədli filmdə onlarla müsahibə etmək istəyirəm.

Xahiş edirəm bu statusu görən və bunun məsuliyyətini dərk edən hər kəs paylaşsın, bəlkə onların nəvələrini, nəticələrini tapa bilərik.

Ən azından bilsinlər ki, həm babaları qəhrəman olub, həm də ən azından ikisinin qəbri buradadır.

Adlar:

1. Mirzə Abdullayev 1907-1944
2. Molla Hüseynov 1905-1943
3. Məhərrəm Ələkbərov 1906-1943
4. Fiodor Fokin 1911-1943
5. Bədəl Yusibov 1919-1944
6. Xıdır Quliyev 1916-1943
7. Müxlis Məmmədzadə 1902-1942
8. Məmməd Seyidov 1907-1943
9. Rza Hüseynov 1905-1943
10. Səfər Həsənov 1906-1943

Dostlar, bu adlardan iki nəfərin yəni Molla Hüseynov və Müxlis Məmmədzadənin qəbrləri Strasburqdadır. Digərlərini araşdırıram. Qəsəbələrin merlərinə emaillər yazmışam, həmçinin Elzas departamentinin vitse prezidenti dostum olduğundan o da bu məsələdə səfərbər olub.

Nazilər haqqlarında sənədlərdə onlara islaholunmaz damğası vurub. Legion olmadıqları üçün. Xahiş edirəm, bu insanların nəvələrini tapmaqda mənə köməklik göstərəsiniz. 

P.S. İpin ucunu mənə verən Ülkar Müller xanıma nə qədər təşəkkür etsəm azdır.

Alıntı: Elmar Sadıqlı (Fb)

Bu xəbəri paylaşın: