Rusiyanın Türkiyə qorxusu …

400 TON HƏRBİ ƏHƏMİYYƏTLİ YÜK TAMAİLƏ ERNƏNİSTANA HƏDİYYƏ OLUNMAYIB, AMMA BU MOSKVANIN TÜRKİYƏ SİYASƏTİNƏ QARŞI CAVABIDIR.
(400 տոննա ռազմական նշանակության բեռն ամբողջությամբ չի նվիրվել Հայաստանին, բայց սա Մոսկվայի պատասխանն է Թուրքիայի քաղաքականությանը)


Bu başlıqla Ermənistanın ictimai saytı olan «1-in.am» saytı özünün baş məqaləsində dərc edib.


Məqalədə Azərbaycan prezidenti İLHAM ƏLİYEVİN RF prezidenti V. PUTİNLƏ geniş telefon söhbətindən danışılır. Qeyd olunur ki, telefon danışığı zamanı İlham ƏLİYEV son həftələrdə Rusiya tərəfindən yeni bir hərbi yük dəstəsinin Ermənistana təhvil verilməsindən narazılığını bildirdi.


— «Hərbi yüklərin çatdırılması Qazaxıstan, Türkmənistan və İran İslam Respublikası əraziləri ilə həyata keçirildiyini» deyən İlham ƏLİYEV əlavə edib ki, Ermənistana hərbi yüklərin verilməsi «Azərbaycan cəmiyyətində ciddi narahatlıqlar doğurub».


Saytın yazdığına görə, Kremlin mətbuat xidmətindən bildirilib ki: «İyul ayında Ermənistan-Azərbaycan sərhədindəki gərginlik kontekstində prezidentlər regional problemləri də müzakirə etdblər. Rusiya tərəfi vəziyyəti gərginləşdirəcək hər hansı bir hərəkətin yolverilməz olduğunu vurğulayıb».


Erməni politoloq Qarik Keryanın fikrincə, bu, Türkiyə-Azərbaycan yaxınlaşmasına ciddi ehtiyat edən Rusiyanın cavabıdır.


İSMAYIL TANRIVERDİ
BDU-nun Erməni Araşdırmaları Elmi Tədqiqat və Tədris Mərkəzinin Böyük elmi işçisi.

Bu xəbəri paylaşın: