Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi İdarə Heyəti növbəti toplantısını keçirdi. AVMVİB İdarə Heyəti tam tərkibdəki toplantıda təşkilatın növbəti yaranm günü 26 avqustun qeyd edilməsi tədbirləri və AVMVİB Şamaxı rayon şöbəsinin bəzi üzvlərinin AVMVİB Nizamnaməsinə və Əsasnaməsinə zidd fəaliyyətləri, onlar haqqında görüləcək tədbirlər müzakirə olundu.
Toplantıda AVMVİB üzvlərinin qanuna zidd və Birlik Nizamnaməsinə zidd əməllər haqqında AVMVİB sədrinin I müavini Kamil Şirinov və AVMVİB NTK sədri Niyazi Quliyev məlumat verdilər. Çıxışlar ətrafında AVMVİB sədrinin müavinləri, İH üzvləri Vahid Abdurəhmanov, Qurban Osmanov və AVMVİB Mətbuat Xidmətinin rəhbəri, İH üzvü Xaqani Ədəboğlu öz fikirlərini bildirdilər.
Hər iki məsələ barədə qərarlar yekdilliklə qəbul edildi. Qəbul edilmiş qərarların icrası İdarə Heyətinin nəzarətinə götürüldü.
AVMVİB Mətbuat Xidməti

