Bir çoxları Vaqneri Putinin gizli ordusu adlandırır. Bu hərbçi qrup Rusiya maraqlarının hərbi üslubu sayılmaqdadır. Sankt-Peterburqlu iş adamı Yevgeni Priqojin ilə əlaqəli olan Vaqnerin özəl hərbi şirkətinin (PMC) əsas rəhbərləri polkovnik Dmitri Utkin və hərbi təhlükəsizlik şirkətinin baş direktoru Konvoy Konstantin Pikalovdur.
Təşkilat rəhbərlərinin şəxsiyyətləri Bellingcat, The Insider və Der Spiegel tərəfindən aparılan birgə araşdırmada ortaya çıxdı.
Jurnalistlər ЧВК-Vaqner öz adını Dmitri Utkinin «Herr Vaqner» təxəllüsündən aldığını yazırlar. Utkin 11 iyun 1970-ci ildə anadan olub, hərbçi zabit idi və hər iki çeçen müharibəsində iştirak edib. 2000-ci illərin əvvəllərində xidmət etdiyi hərbi hissə Estoniya ilə sərhədə yaxın olan Peçora şəhərinə köçürüldü və burada on il Dövlət Kəşfiyyat İdarəsi (GRU) xüsusi təyinatlı qüvvələrinin 2-ci briqadasının komandiri kimi xidmət edib. Bu barədə Rambler məlumat verib.

2010-cu illərdə Utkin Suriyadakı döyüşlərdə iştirak edən Slavyan Korpusu ilə işə başladı. Sonra, 2014-cü ildə Wagner ЧВК yaradıldı, nəşrlərə görə, Krasnodar yaxınlığındakı Dövlət Kəşfiyyat İdarəsi (GRU) bazasında təlim keçmişdi.
2018-2019-cu illərdə Rusiya siyasi strateqlərinin Afrikada daha fəal olmağa başladı. Moskva ilə dost olan namizədlərə seçkilərdə maliyyə, şəxsi müdafiəsi də daxil olmaqla dəstək təklif etdilər. Bu vaxt Utkin çox media qurumları üçün yeni subyektə çevrilmişdi və ona görə də əməliyyatlara rəhbərlik etmək üçün yeni bir şəxsə ehtiyac duyulurdu. Bu şəxs, digər bir polkovnik, Mazay kod adı ilə Konstantin Pikalov oldu.
Pikalov 23 iyul 1968-ci ildə anadan olub və hərbçi kimi Sankt-Peterburq yaxınlığında xidmət edib. 2016-cı ildə «Ədalətli Rusiya» blokundan seçkilərdə iştirak etmək istədi, lakin onu qeydə almaqdan imtina edildi. Pikalov çirkli pulların yuyulmasında şübhəli bilinən şəxs kimi Mərkəzi Bank tərəfindən də qara siyahıya salınıb.

«Söhbət edə bildiyimiz şəxslər, Priqojin Afrika layihəsində onun iştirakı barədə iddia edirlər ki, Pikalov həm Donbassda, həm də Suriyada vuruşub və bu həqiqətə uyğun görünsə də, bunu müstəqil şəkildə təsdiqləmək çətindir»-deyə məqalədə qeyd olunub.
Münaqişələrdə iştirak etdiyinə və Mərkəzi Bankın qara siyahısında olmasına baxmayaraq Pikalov, Finlandiya konsulluğunda üç dəfə turist vizası almağa, Finlandiya, Estoniya və Qazaxıstana baş çəkməyə müvəffəq olub.
ЧВК Wagner, Sankt-Peterburqdakı iş adamı Yevgeni Priqojin ilə əlaqəli olan qeyri-rəsmi silahlı bir birləşmədir. Muzdlularının Afrikanın bir neçə ölkəsində təhlükəsizlik xidmətləri təmin etdiyi güman edilir. Bəzi məlumatlara görə, onlar Suriyada, Donbasda hərbi əməliyyatlarda da iştirak etmiş və prezident Ömər əl-Bəşirə dəstək vermək üçün Sudana göndərilmişdilər. Bu barədə Rambler məlumat verir.
İlk dəfə 2015-ci ildə Ukraynada üzə çıxan “Vaqner” qrupu haqqında Rusiya üzrə mütəxəssislər Moskva Dövlət Universitetinin nümayəndəsi Kərim Xas və Harvard Universitetinin məzunu Dimitar Beçev Türkiyənin “Habertürk” nəşrinə danışıblar.
Xas bu qrupun Rusiya Prezidenti Vladimir Putinə xidmət etdiyini deyib.
Onun sözlərinə görə, Putinin gizli ordusu əvvəlcə Ukrayna və Krımda görünüb:
“Bu qrupun üzvləri kamuflyaj geyimdən istifadə edir, amma həmin formaların üzərində onların Rusiyaya məxsus olduğunu aydınlaşdıran heç bir işarə yoxdur. Dünya ictimaiyyəti qrupun Rusiyaya aid olduğunu bilsə də, Kreml hər dəfə bu informasiyanı rədd edir. Ukraynadakı separatçıların rəhbəri, Rusiya ordusunun sabiq polkovniki İqor Strelkov sosial mediada “Vaqner” qrupu ilə bağlı maraqlı məlumat paylaşıb.
O bildirib ki, “Vaqner” qrupunun bölgədə 2 birliyi olub. Onlardan biri tamamilə məhv edilib, digəri isə parçalanıb”. Bəs bu qrup niyə “Vaqner” adlanır və kimlərdən ibarətdir?
“Vaqner” İraq müharibəsində ABŞ tərəfindən istifadə edilən “Bləkvoter” kimi özəl hərbi şirkətdir. Rus mediası bu qrupu ağır silah və zirehli texnika ilə təmin edilən, qeyri-rəsmi hərbi birlik kimi təqdim edir.
Elnur Səlim


