100 nəfər Beyrut ermənisi Ermənistana qayıdıb

Avqustun 18-də 100 nəfər erməni Beyrutdan Ermənistana qayıdıb.

I İn.am saytı xəbər verir ki, bunu öz Facebook səhifəsində Diasporla İş üzrə Baş Komissarlığı Aparatının Repatriasiya şöbəsinin müdiri Hovhannes Aleksanyan açıqlayıb.

“Bu gün 21 uşaq olmaqla, 100-ə yaxın həmyerlimiz Beyrutdan Ermənistana qayıdıb. Həmçinin, Suriyadan və BƏƏ-dən yaşayan ermənilərdən də vətənlərinə qayıdanlar var»- deyib.

Ermənilər bu addımla Qarabağda məskunlaşmanı sürətləndirməyə çalışır.

Bu xəbəri paylaşın: