AVMVİB Zəngilan rayon şöbəsi Azad Musayevin rəhbərliyi ilə rayon veteranları «Hər şey cəbhə üçün!» aksiyası barədə dəfələrlə yazı yayınlamışıq. Rayon veteranları öz imkanları ilə minlərlə işlənmiş təkər və şpallar yığaraq səngərlərə çatdırıblar.
24 iyul 19 avqust tarixləri arasında AVMVİB Zəngilan rayon şöbəsi Ordumuza könüllü dəstək üçün, 20000 dən çox işlənmiş təkər, 1860 ədəd şpal, 2500 kisə göndərilib.
Şöbə sədri Azad Musayev sosial şəbəkədə bildirib ki, hərbi hissə işlərimizi qiymətləndirib məni Azərbaycan Ordusuna könüllü dəstək və fədakarlığa görə Fəxri fərmanla təltif edib. Hərbi hissə komandiri olan dostumuza dərin təşəkkürümü bildirirəm. Biz bu işləri Fəxri Fərmana görə yox Vətənimizi sevdiyimizə görə edirik və edəcəyik!
Təbrik edirik!
Fedai.az

