Ermənistan «Müdafiə haqqında» qanuna ediləcək dəyişiklikləri ictimai müzakirəyə çıxarıb.

Ernənistanda «Müdafiə haqqında» qanuna edilən dəyişikliklərə əsasən, ölkədə könüllü hərbi dəstələrin yaradılması nəzərdə tutulur. Düşmənin atdığı bu addımla bağlı Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev bildirdi ki, düşmənin bu addımının iki məqamı diqqət çəkir.
Birincisi, düşmən ölkədə demoqrafik tənəzzülü gizləmək mümkün deyil. Əldə etdiyimiz məlumatlara görə, düşmən artıq ön cəbhədə maniken kukllardan da istifadə edir və düşmən bu yolla yaranmış boşluğu doldurmağa çalışması görünəndir. Hərbi çağırışçılar üzrə neçə ildir ki, Ermənistanın mövcud planı doldurulmur. Hətta yetərincə faktlar var ki, LGBT xəstələrini də zorla hərbi xidmətə cəlb edilirlər.
İkincisi isə hərbi strukturda «könüllü» deyil, «muzdlu» daha dəqiqdir. Birinci Qarabağ müharibəsi zamanı bu adla terrorçu güclərdən istifadə edən Ermənistan bu üsulun adını dəyişməklə terrorçu kimi tanınan ASALA və bu tip PKK və s. güclərdən istifadə etməyi planlaşdırırlar. Çünki bu gün dünya tam olaraq peşəkar ordu sisteminə keçir, lakin terrorçuların bu xidmətindən istifadə etmir.
Əsasən müharibə zamanı ehtiyatda olan hərbiçilər və ya orduya yararlı sivil vətəndaşlar səfərbərliklə orduya cəlb edilir. Lakin Ermənistan Birinci Qarabağ müharibəsində də bu cür terrorçuları orduya götürərək adlarını «azad martik» — «azadlıq döyüşçüləri» qoymuşdular. Buna bariz nümunə dünyada tanınmış Monte Melkonyanı göstərə bilərik və bir xalq terrorçunu milli qəhrəman etməsi faktının dünyada analoqu yoxdur. Terrorçu Monte Melkonyan Türkiyə ordusuna qarşı PKK-nın həyata keçirdiyi əməliyyatlarda iştrak etmiş, 24 sentyabr 1981-ci ildə Parisdəki Türkiyə səfirliyinə hücum təşkil etmişdir. 1983-cü ildə Melkonyan Parisdəki Orli hava limanında, Türk hava yolları şirkətinin kassaları qarşısında partlayış təşkil etmişdir.Nəticəsində 8 nəfər həlak olmuş, 55 nəfər müxtəlif dərəcəli bədən xəsarəti almışdır. Bu gün bu terrorçunun adına Ermənistanda hərbi mərkəz fəaliyyət göstərir.
Yəqin ki, düşmən yolun sonuna hazırlaşır. Yəni Ermənistanın «könüllü terrorçu»ları qanuniləşdirmək istəyir. Onu bildirim ki, qardaşına torpaq verməyən bir xalq düşmənə bir qarış da torpaq verməyəcək və onların yığacağı «könüllü terrorçuları» da bizim k=əsil könüllü və Vətən sevdalı qəhrəmanlar elə o üzdəniraq Melkonyanın yanına yolçu edəcəklər.
Çünki Azərbaycan xalqı öz torpaqlarını azad etmək üçün hər bir soydaşımz Ali Baş Komandanın əmrini gözləyən bir könüllüdür və buna görə qanuna dəyişiklik etməyə lüzum yoxdur…
