Bunları bilmək və qələbəmiz naminə əməl etmək lazımdır

Unutmayın!

Yaydığınız hər bir video, hər foto düşmən kəşfiyyatı üçün hazır yemdir. O yanlışlıq sizin özünüzün, övladınızın, yaxınlarınızın faciəsi ola bilər.

“Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanunu M a d d ə 5. Hərbi sahədə aşağıdakı məlumatlar dövlət sirrini təşkil edir:

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, başqa silahlı birləşmələrinin, qanunvericiliklə nəzərdə tutulmuş digər qoşunlarının strateji, operativ və səfərbərlik üzrə yerləşdirilməsinə dair əməliyyatların hazırlanması və keçirilməsi üzrə strateji və əməliyyat planlarının, döyüşü idarəetməyə dair sənədlərinin məzmunu, onların döyüş və səfərbərlik hazırlığı, səfərbərlik ehtiyatlarının yaradılması və istifadəsi haqqında;

Milli təhlükəsizlik və müdafiə mülahizələrinə görə xüsusi əhəmiyyət kəsb edən obyektlərin dislokasiyası, təyinatı, hazırlıq və müdafiə olunma dərəcəsi, tikintisi və istismarı, habelə bu obyektlər üçün torpaq, yer təki və akvatoriyalar ayrılması haqqında;

Qoşunların dislokasiyası, həqiqi adları, təşkilati strukturu, şəxsi heyətinin sayı və onların döyüş təminatı haqqında, həmçinin hərbi-siyasi və ya əməliyyat şəraiti haqqında;

Hər kəs bunları bilməli və əməl etməlidir!

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •