AVMVİB hərbi vəzifəli şəxslərin hərbi təlimlərə cəlb olunmasından danışdı

«Ölkədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən həyata keçirilən səfərbərlik deyil, növbəti hərbi mükəlləfiyyətli şəxslərin hərbi təlimlərə cəlb olunması məqsədi daşıyır».


Bu sözləri Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev deyib.


AVMVİB sədri F. Rzaquliyev bildirdi ki, «Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna əsasən, ehtiyatda olan hərbi vəzifəlilər dövri olaraq, hərbi təlimlərə cəlb edilməlidirlər. Bu yolla ehtiyyata buraxılmış hərbi kontingent daim hərbi yeniliklərlə tanış olur və öz hərbi hazırlıqlarını, bacarıqlarını təkmilləşdirirlər. Ehtiyatda olan hərbi vəzifəlilərin hərbi təlimlərə çağırılması heç bir təşviş üçün əsas vermir. Bu proses planauyğun şəkildə həyata keçirilir. Amma sevindirici haldır ki, xalqımız bunu səfərbərlik çağrşı kimi böyük ruh yüksəkliyi kimi qarşılayır və torpaqlarımızın dərhal düşmən tapdağından azad olunması kimi qəbul edirlər.


AVMVİB sədri qeyd etdi ki, Azərbaycan ordusu regionun ən güclü və peşəkar ordusudur. Düşmənə layiqli cavab verməyə hazır olan bir ordudur. Ali Baş Komandan cənab İlham Əliyevin daim diqqət və qayğısı sayəsində ordumuz hərbi-texniki göstəricilərini daim yüksəltməklə ən müasir texnologiyalara sahib bir ordudur. Lakin bütün bu üstünlüklərə baxmayaraq, ehtiyyata buraxılmış hərbi vəzifəlilər mütamadi olaraq hərbi təlimlərə cəlb edilməlidirlər.


Füzuli Rzaquliyev düşmənin analoji addımlarına da münasibət bildirdi: «Düşmən ölkədə demoqrafik tənəəzzül yaşanır. Bu gün faktiki olaraq Ermənistanda 1,4-1,5 milyon erməni-yezidi kürdün yaşadığı bildirilir. Bunu gizlətməyə çalışan Paşinyanın oyuncaq hökuməti elan etdiyi səfərbərliyə yaşlıları və daha çox qadınları cəlb etməsi, Suriya və İraqdan PKK-PYJ terror qruplarını cəlb etməsi faktı bir daha təsdiqləyir. Bizim belə bir problemimiz yoxdur.»


AVMVİB sədri Füzuli Rzaquliyev, hərbi mükəlləfiyyətli və ehtiyyatda olan şəxslərin hərbi toplanışla təlimlərə qatılmasını dəfələrlə bildirdiklərini dedi. Bu gün hər bir müharibə veteranı bu təlimlərdə və Vətən uğrunda savaşa hazır olduğunu qeyd etdi.


Elnur Səlim

Bu xəbəri paylaşın: