Mehriban Əliyevadan cəbhədəki vəziyyətlə bağlı PAYLAŞIM — FOTO

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva “Instagram” hesabında cəbhədəki düşmən təxribatı ilə bağlı paylaşım edib.

Paylaşımda Prezident İlham Əliyevin fikirləri yer alıb.

Paylaşımda deyilir:

“Azərbaycan Ordusu hərbi təxribata cavab olaraq hazırda əks-hücum əməliyyatı keçirir. Deyə bilərəm ki, əməliyyat uğurla keçirilir. Uğurlu əks-hücum əməliyyatı nəticəsində düşmənin canlı qüvvəsinə və hərbi texnikasına böyük ziyan vurulub. Azərbaycanın işğal altında olan bir neçə yaşayış məntəqəsi azad edilib”.

Bu xəbəri paylaşın: