Ölkənin bəzi şəhər və rayonlarında hərbi vəziyyət elan edilir

Milli Məclisin bu gün keçirilən iclasında ölkənin bəzi şəhər və rayonlarında hərbi vəziyyətin tətbiq edilməsi barədə qərar qəbul edilib.

“Azərbaycan Prezidentinin fərmanı ilə hərbi vəziyyət elan olunub”.

Fedai.az-ın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Fərmanda Konstitusiyanın 109-cu bəndi və 111-ci bəndi nəzərə tutularaq, qərara alınıb ki, 2020-ci il 28 sentyabr saat 00. 00-dan Azərbaycanın bütün ərazisində hərbi vəziyyət elan edilsin.

Fərmana əsasən, Bakı, Gəncə, Sumqayıt, Yevlax, Mingəçevir, Naftalan şəhərlərində, Abşeron, Cəbrayıl, Füzuli, Beyləqan, Ağdam, Tərtər, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Şəmkir, Qazax və Ağstafa rayonlarında hərbi vəziyyət dövründə saat 21.00-dan saat 06.00-a qədər komendant vəziyyəti elan edilib.

Komendant saatı dövründə insanların şəxsiyyət vəsiqələri və xüsusi sənədlər olmadan küçəyə çıxması qadağan edilir.

Nəqliyyat vasitələrinin hərəkəti  üçün xüsusi tədbirlər görüləcək.

Daxili İşlər Nazirliyi müvafiq tədbirlər görəcək. Hərbi vəziyyət dövründə mülkiyyət formasından asılı olmayaraq, vətəndaşların hüquqlarının məhdudlaşdırılması Konstitusiyaya, qanunlara uyğun olaraq tətbiq ediləcək

Fərman təsdiq edilməsi üçün Milli Məclisə göndərilib.

XİN-ə müvafiq vəzifələri həyata keçirməyi təmin etmək tapşırılıb.

Asan Xidmət və Daxili İşlər Nazirliyi vasitəsi ilə icazələrin alınması həyata keçiriləcək.

Qeyd edək ki, Milli Məclis ölkə ərazisində hərbi vəziyyətin tətbiq edilməsi barədə qərar qəbul edib.

Bu xəbəri paylaşın: