“Şuşasız Qarabağ, Qarabağsız isə, ümumiyyətlə, Azərbaycan yoxdur”.
Heydər Əliyev
“Mən tam əminəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Bütün amillər — güclərin nisbəti, beynəlxalq, iqtisadi-hərbi amillər bunu göstərir. Sadəcə olaraq biz istəyirik ki, bu, tezliklə olsun. Ancaq bu, hərtərəfli və tam şəkildə olmalıdır. Azərbaycanın ərazi bütövlüyü tam şəkildə bərpa edilməlidir, Şuşada, Xankəndidə Azərbaycanın dövlət bayrağı qaldırılmalıdır və gələcəkdə azərbaycanlılar bütün tarixi torpaqlarında yaşamalıdırlar. Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Göyçə, Zəngəzur mahallarıdır. Vaxt gələcək biz orada da yaşayacağıq. Mən buna inanıram, buna əminəm. Buna nail olmaq üçün hər birimiz öz səylərimizi qoymalıyıq, hər birimiz öz işimizlə o müqəddəs günü yaxınlaşdırmalıyıq”.
O gün uzaqda deyil. Vaxt gələcək bütün ərazilərimiz, o cümlədən Şuşa da düşmən tapdağından qurtulacaq. Yenə qonaqlı-qaralı Cıdır düzü igidlərin məskəninə çevriləcək. Doğmalarının nəfəsinə həsrət qalan xarı bülbül əsrarəngiz gözəlliyi ilə hamını valeh edəcək”.
İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan
Şuşa Azərbaycanın mədəniyyət mərkəzlərindən biridir. Çox az şəhər Azərbaycanda bu qədər istedadlar yetişdirə bilmişdir. Azərbaycan Milli Elmlər Akademiyasının məlumatına görə, təkcə XIX əsrdə Şuşada 95 şair, 22 musiqişünas, 38 xanəndə, 19 yazıçı, 12 xəttat, 5 astronom, 18 memar, 16 həkim, 42-yə yaxın pedaqoq yaşayıb-yaratmışlar. Bu böyük ziyalı qrupu Şuşanın mədəniyyət mərkəzinə çevrilməsində və onun gələcək inkişafında böyük rol oynamışlar. Şuşanın guya «qədim erməni şəhəri» olduğunu sübut etməyə çalışan erməni terrorçuları məşhur erməni-şuşalıların bu siyahısından hətta bir faiz də sadalaya bilmirlər. Yalnız bir neçə nəfər — Sovet İttifaqı Qəhrəmanları və Sosialist Əməyi Qəhrəmanları istisnalıq təşkil edə bilər. Bu, Qarabağ xanlığının qurulmasından uzun müddət sonra, daha dəqiqi, 1828-ci ildən sonra ermənilərin Qarabağa köçürülməsi faktını bir daha sübut edir. Şuşa sadəcə daşdan, betondan tikilmiş şəhər deyil. Qırxqız, Kirs, Murov, Bağqıran, Sarıbaba dağları ilə əhatələnən Şuşa canlıdır, onun ruhu var – onda azərbaycanlı qəlbi döyünür.
Çünki nə sovet dövründə, nə də şəhərin erməni silahlı birləşmələri tərəfindən işğalından sonrakı dövrdə Şuşada heç bir məşhur erməni doğulmamışdır.
Çar Rusiyası dövründə də Şuşa bütün Qarabağın inzibati və iqtisadi mərkəzi olmuş, inkişaf etmişdir.
Qarabağ xanlığının paytaxtı olan Şuşanın məşhur sərkərdələri və hərbi xadimlərinin siyahısını sizə təqdim edirik:
İbrahimxəlil xan, Pənah Əli xan Cavanşir oğlu. (1732-1806). II Qarabağ xanı. Tarixi şəxsiyyət, General-leytenant.
Mehdi kulu xan İbrahimxəlil xan oğlu Cavanşir. (1775-1845) III Qarabağ xanı. General-mayor.
Məhəmməd Həsən Ağa İbrahimxəlil xan oğlu Cavanşir (1766-1806). II Qarabağ xanı İbrahimxəlilin oğlu
xana. General-mayor.
Cəfərqulu xan Məhəmmədhəsən Ağa oğlu Cavanşir (1785-Şuşa, 1867). Azərbaycan şairi və ictimai xadimi, General-mayor.
Azad bəy Mirzə Həmid oğlu Vəzirov (1869-1921). Çar ordusunun polkovniki.
Cavanulla Mirzə Bəhman Mirzə oğlu Qacar (08.01.1862 — Şuşa, 1937-Tehran). Çar ordusunun general-mayoru, İran Milli Məclisinin üzvüdür.
Aslan Fərhad oğlu Vəzirov(1910-1987). Sovet İttifaqı Qəhrəmanı.
Səmədbəy Sadıxbek oğlu Mehmandarov (16.10.1855-12. 02.1931). Rusiya İmperator ordusunun artilleriya generalı, Azərbaycan Xalq Cümhuriyyətinin müdafiə naziri
Bahadur Qasım oğlu Vəlibəyov (12.01.1894 — 12.02.1940). Azərbaycan SSR-in Baş prokuroru, Stalin repressiyası qurbanı.
Həbib Xan Süleyman xan oğlu (1880-Şuşa, 1956-cı il-Bakı) Çar Rusiyası pristavı
Əmir Kazım Mirzə Bəhmən Mirzə oğlu Qovanlı Qacar (1853-Şuşa, 1920-Gəncə). General-mayor.
Dərab Mirzə Şahrux Mirzə oğlu Qovanlı Qacar(09.05.1869-Şuşa,?-Tehran). Çar ordusunun polkovniki.
Əliqulu Mirzə Bəhmən oğlu Mirzə Govanlı-Qacar(1854-Şuşa, 1905-ci illər). Port-Artur). Çar ordusunun mayoru.
Abdussəməd Mirzə Bəhman Mirzə oğlu Govanlı-Qacar (1853-Şuşa,?-?). Çar ordusunun polkovniki.
Cavanlı-Qacar (1872-Şuşa, 1920-Bakı) Feyzulla Mirzə Şəfi Mirzə oğlu. Çar ordusunun və Azərbaycan Xalq Cümhuriyyəti ordusunun general-mayoru.
Fərəc bəy Ağayev (1811-Şuşa, 1891-Tiflis). Çar ordusunun general-leytenantı.
Fərəculla bəy Uğurlubəy oğlu Uğurlubəyov (1801-Şuşa, 1871). Qarabağ bəyi, Çar ordusunun polkovniki.
Fərhad bəy. Çar ordusunun polkovniki, ilk atlı müsəlman alayının zabiti.
Hacı bəy Mirzə Zeynal bəy oğlu Sultanov (1827-Şuşa, 1920). Çar ordusunun polkovniki, Aşqabad şəhərinin General-Qubernatoru.
Əfrasiyab Hacı Əzim oğlu Əzimov (07.03.1863-Şuşa, ?- Şuşa) «Difai» təşkilatlarının və «Qarabağ Məclisi»nin üzvü. Milli Qəhrəman.
Zülfüqar bəy Mirzə Ələkbər bəy oğlu Bağırbəyov (1884-Şuşa, 1916). Çar ordusunun polkovnik-leytenantı.
Hüsü Hüseynəli oğlu Hacıyev (1897-Şuşa,1931-Bakı). Azərbaycanın görkəmli dövlət xadimi, ilk Azərbaycan SSR prokuroru.
Şükür Həbib oğlu Rzayev (21.10.1929-Şuşa, 2006). Ədliyyə general-mayoru, Bakı şəhər prokuroru.
Ramiz Bulud oğlu Qəmbərov (1962-Şuşa, 30.04.1992-Şuşa). Şuşa özünümüdafiə batalyonunun komandiri, Qarabağ müharibəsi döyüşçüsü, Azərbaycanın Milli Qəhrəmanı.
Rizvan Rəhman oğlu Teymurov (16.04.1967-Şuşa, 09.12.1991-ci ildə Kərkicahan, Xocalı r-azn). Qarabağ müharibəsi döyüşçüsü, Azərbaycanın Milli Qəhrəmanı
Aliyə Fətulla qızı Rüstəmbəyova (1907-1942). II Dünya müharibəsinin qəhrəmanı, partizan hərəkatının iştirakçısı, həkim.alyonunun komandiri, Qarabağ müharibəsi döyüşçüsü, Azərbaycanın Milli Qəhrəmanı.
Rizvan Rəhman oğlu Teymurov (16.04.1967-Şuşa, 09.12.1991-Kərkicahan, Xocalı). Qarabağ müharibəsi döyüşçüsü, Azərbaycanın Milli Qəhrəmanı
Aliyə Fətulla qızı Rüstəmbəyova (1907-1942). II Dünya müharibəsinin qəhrəmanı, partizan hərəkatının iştirakçısı, həkim

Nurlan Məmmədli
Veteran.az saytının redaktoru