“Azərbaycanla çox sıx əlaqələrimiz var” — Putin

Rusiya Prezidenti Vladimir Putin Valday klubunun onlayn iclasında Dağlıq Qarabağdakı münaqişə ilə bağlı sualı cavablandırıb.

Bu barədə TASS agentliyi məlumat yayıb

Putin suala cavabında deyib: «Bizim nəinki Ermənistanla, həm də Azərbaycanla daim xüsusi əlaqələrimiz olub. Bizim üçün həm Ermənistan, həm də Azərbaycan bərabər tərəfdaşdır. Bu ölkələrin hər biri ilə bərabər münasibətlər qurmaq istəyirik. Azərbaycanla çox sıx əlaqələrimiz var».

Bundan əlavə, Putin ümid edir ki, ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına kömək edəcək: «Azərbaycan və Ermənistan xarici işlər nazirləri növbəti dəfə bizə gəldilər. Ayın 23-də onlar Vaşinqtonda görüşəcəklər. Mən ümid edirəm ki, amerikalı tərəfdaşlarımız bizimlə birlikdə hərəkət edəcək və nizamlanmaya kömək edəcək».

Rusiya Prezidenti, həmçinin qeyd edib ki, Azərbaycan ərazisinin əhəmiyyətli bir hissəsinin itirildiyi vəziyyət əbədi davam edə bilməz.

Bu xəbəri paylaşın: