Türk Ordusu mümkün olmayanı etdi və dünyanı bir daha qüdrətli Türk ordusuyla heyrətləndirdi.
Hərbi karvana xaincəsinə basqın edilməsinin cavabı dəfələrlə artıq bir şəkildə verildi. Bildirək ki, Türk SQ maşın karvanının kecəcəyi kordinatları Rusiyaya vermişdilər. Ruslar ənənəvi olaraq eyni üslubda xəyanət etdilər. İranla eyni siyasi ayağı sürüşkənliyini davam etdirdi.
Çoxları düşünməkdəydi ki, Türk SQ bu zərbədən sarsılaraq mövqeləri əldən verəcək. Hətta Tramp tələsik onlara məxsus dəstələri ərazilərdən arxaya çəkmişdi. Amma anındaca ildırım sürətli hücumla İdlib ətrafı ərazilərdə qərarlaşmış rus-fars-suriyalı hərbi birliklər demək olar ki, tamamilə məhv edilib. Bəşər Əsəd dünyaya yalvarışla Türkiyəni dayandırmalarını istəyir. İran və Rusiya günahı ötür-ötürlə bir-birilərinin üzərinə atmağa çalışmaqdadırlar.
İndisə «mehriban» düşmənlərin verdiyi itkilərinə diqqət yetirək:
— 2100 nəfərdən çox rus-fars-suriyalı hərbçi
— 94 tank
— 37 SAU
— 28 BTR və BMP
-300 zirehli və zirehsiz avtomaşın
-Hərbçilərə aid 7 punktun hamısı və s.
Qısa zaman kəsiyində Dron hücumlarıyla kəşfiyyat nəticəsində müəyyən olunmuş bütün hədəflər məhv edilib. Artıq İdlibdən qaçan Əsəd güclərini Hmada yox edilməsinə başlanılıb.
Bu hücumun bir mesajı bütün antitürk qüvvələrə çatdırıldı: Türkiyə Silahlı Qüvvələri ilə oynamaq olmaz!
Ukraynalı şərhçinin hazırladığı videoçarxı sonadək izləməyinizi tövsiyə edirik.
Fedai.az Araşdırma Qrupu
TSK: «Əsəd rejiminin 2100-dən çox canlı qüvvəsini zərərsizləşdirən qəhrəman ordumuz təyin olunmuş hədəfləri müvəffəqiyyətlə məhv etməyə davam edir», — deyə Milli Müdafiə Nazirliyi bildirib.


