CƏBHƏ GÜNDƏLİYİ — 28. 10.2020-Cİ İL 

*** VAR OL, KOMANDAN! TARİX YAZAN ALİ BAŞ KOMANDANIMIZA VƏ ORDUMUZA EŞQ OLSUN!***

***Ali Baş Komandan yeni ərazilərin azad olunması xəbərini paylaşdı

Müzəffər Azrbaycan Ordusu Zəngilanın Birinci Ağalı, İkinci Ağalı, Üçüncü Ağalı, Zərnəli, Füzulinin Mandılı, Cbrayılın Qazanzəmi, Xanağabulaq, Çüllü, Quşçular, Qaraağac, Qubadlının Qiyaslı, Ədilcə, Qılıcan kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev hesabında paylaşım edib.

***İlham Əliyev İran prezidentinin xüsusi nümayəndəsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də İran İslam Respublikası Prezidentinin xüsusi nümayəndəsi, Xarici İşlər nazirinin müavini Seyid Abbas Əraqçinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

***Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın Baş naziri Nikol Paşinyanla Moskvada danışıqlara hazır olduğunu bəyan edib…

…Lakin İrəvanın Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə konstruktiv iş qabiliyyətinə şübhə ilə yanaşır.

“Belə dəvət almamışam (Moskvada danışıqlar üçün — red.). Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin üçtərəfli görüşlərində dəfələrlə iştirak etmişəm, lakin Ermənistanda Paşinyan hakimiyyətə gələndən sonra bu cür görüşlər keçirilməyib. Ermənistanın keçmiş prezidentləri ilə bu cür görüşlər olub və mən heç zaman onlardan yayınmamışam”, — İlham Əliyev “İnterfaks”a müsahibəsində bildirib.

***Президент Ильхам Алиев: Мы отомстим за жителей Барды

«Да упокоит Аллах души погибших в результате ракетной атаки вооруженных сил Армении на Барду, выражаю соболезнования их семьям, желаю раненым исцеления. Мы отомстим за жителей Барды и оккупантам будет дан достойный ответ на поле боя».

Об этом в Twitter написал глава государства.

***Ərdoğan Putinə: «Qırmızı xətt keçilərsə, atamızın oğlu da olsa, gözümüz görməz»

«Ən son dünən axşam Putinlə danışdıq. Son hadisələri ətraflı müzakirə etdik. Dedim ki, Qafqazdakı bu işə son verək. İstəyirsənsə, bu işi birlikdə həll edə bilərik. Siz Paşinyanla bunu müzakirə edin, mən də İlham qardaşımla. Amma bir şeyə qərar vermək lazımdır. Bu işi həll edəcəyik, yoxsa etməyəcəyik? Biz səmimiyik, mən sizin də səmimi olmağınıza inanıram. Ancaq qırmızı xəttimizi də dedim. Bu qırmızı xətt keçilərsə, üzrlü saysınlar, atamızın oğlu da olsa gözümüz görməz».

Bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. «Bizə deyirlər ki, Suriyadan Azərbaycana silahlı göndərirsiniz. Mən də Putinə söylədim ki, hazırda kəşfiyyat vasitəsilə təsdiq etdiyimiz 2 min civarında PKK və YPG-lilər Ermənistandan aldıqları 600 dollar maaşla orada savaşırlar. Mənə deyir ki, onlardan xəbərim yoxdur. Elə mən də sizə xəbər edirəm bu barədə dedim. Təbii ki, hörmətli Putinin PKK-ya üz verəcəyini düşünmürəm, ancaq Paşinyana bunu deməlidir. Əks təqdirdə lazım olanı edərik», — dövlət başçısı qeyd edib.


***Ceyhun Bayramov ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə telefonla danışıb 

Bu gün Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun ATƏT-in Minsk Qrupunun həmsədrləri Rusiyadan İqor Popov, ABŞ-dan Andrew Schofer və Fransadan Stefan Viskonti ilə telefon danışıqları baş tutub.

Bu barədə Azərbaycan XİN-in Mətbuat Xidmətindən bildirilib.


***Seyid Abbas Əraqçi: «Biz dinc əhaliyə olan hücumları qətiyyətlə pisləyirik»

“Biz dinc əhaliyə olan hücumları qətiyyətlə pisləyirik. Bu, İran İslam Respublikasının təməl mövqeyidir”.

Bunu “Report”a İran İslam Respublikası Prezidentinin xüsusi nümayəndəsi, Xarici İşlər nazirinin müavini Seyid Abbas Əraqçi Ermənistan ordusunun Bərdəyə raket hücumlarına münasibət bildirərkən deyib.

***Düşmən Bərdədə törətdiyi cinayətdən diqqət yayındırmağa çalışır

“Ermənistan mətbuatının guya Azərbaycan Ordusu tərəfindən Xankəndidə yerləşən doğum evinin atəşə tutulması barədə xəbər məqsədyönlü şəkildə yayılan dezinformasiyadır”. Bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu məlumatla düşmən bir qədər əvvəl Bərdə şəhərində törətdiyi çoxsaylı insan tələfatı ilə nəticələnən hərbi cinayətindən diqqəti yayındırmağa çalışır.

Xatırladaq ki, Ukraynalı hərbi-siyasi ekspert Aleksandr Kovalenko “Odesskiy Kuryer” nəşrində və “Facebook” səhifəsində erməni tərəfinin guya Xankəndidəki doğum evinin “atəşə tutulması” ilə bağlı saxtakarlığını ifşa edib.

Qeyd edək ki, bu “feyk” dünən və bu gün Ermənistan tərəfindən Azərbaycanın Bərdə şəhərinin dinc sakinlərinə qarşı törədilən, kasset mərmilərindən istifadə nəticəsində 21 nəfərin öldüyü, 70 nəfərin yaralandığı terror aktına bəraət qazandırmaq üçün yayılıb

.***Ordumuz Xankəndidə ermənilərin 3 əsas nöqtəsini məhv edib

«Ermənistandan fərqli olaraq Azərbaycan Ordusu heç vaxt mülki şəxsləri hədəfə almır. Xankəndi və başqa şəhərlərə baxsaq, görərik ki, Ermənistan ordusu atəş nöqtələrini, hərbi obyektləri insanların yaşadıqları yerlərdə qoyurlar, oradan da Azərbaycanı hədəfə alırlar. Bu, terrorçuların istifadə etdikləri üslubdur».

Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi — Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev «Al Jazeera” kanalına müsahibəsində deyib.

Prezidentin köməkçisi bildirib ki, Xankəndidə erməni ordusunun üç əsas nöqtəsi var idi: «Azərbaycan şəhərlərinə oradan raket atırdılar. Azərbaycan Ordusu həmin hərbi hədəfləri məhv etdi. Ola bilər ki, orada mülkilər arasında itkilər olsun. Lakin bu, məqsədli şəkildə edilməyib. Ermənistandan fərqli olaraq, Azərbaycan erməniləri məqsədli şəkildə bilərəkdən hədəfə almır».

***Bu gün Xarici İşlər naziri Ceyhun Bayramov və ABŞ Dövlət katibinin müavini Stiven Biqan arasında telefon danışığı baş tutub.

Bu barədə Azərbaycan XİN-dən məlumat verilib.

Telefon danışığı zamanı C.Bayramov Ermənistan tərəfinin beynəlxalq humanitar hüquq qarşısındakı öhdəliklərini kobud şəkildə pozaraq razılaşdırılmış humanitar atəşkəs rejiminə üçüncü dəfə riayət etmədiyini, eyni zamanda Bərdə şəhərində dinc Azərbaycan əhalisini qəsdən hədəfə aldığını vurğulayıb. O, münaqişə zonasından çox uzaqda yerləşən şəhərlərin uşaqlar və qadınlar da daxil olmaqla, günahsız mülki əhalinin Vaşinqton görüşündən sonra və nəzərdə tutulan Cenevrə danışıqları ərəfəsində Ermənistan silahlı qüvvələri tərəfindən dəfələrlə hücumlara məruz qaldığını qeyd edib.

***Ermənistan Müdafiə Nazirliyi Qarabağdakı azsaylı erməni əhaliyə müraciət edib

erməni əsgəri

Nazirlik Şuşa və Xankəndindəki ermənilərdən ərazini tam boşaltmağı tələb edib.

Nazirliyin rəsmisi Artsrun Ovannisyan sakinlərə bu addımın təhlükəsizlik məqsədilə atıldığını deyib. Bölgədə olan jurnalistlər isə Azərbaycan Ordusunun ciddi irəliləyişi fonunda hərbi əməliyyatların bu şəhərələrə yaxınlaşdığını söyləyib.***Moskva sakinləri düşmənin Bərdəyə hücumu nəticəsində həlak olan şəxsləri anırlar.

Rusiyadakı Azərbaycan səfirliyinin önünə gül və oyuncaqlar düzülür, şamlar yandırılır.

 ***“Eşitmişəm ki, Azərbaycan Laçın şəhərini azad edib…” — Lük Koffi

“The Heritage Foundation” nəzdində Ellison Xarici Siyasət Araşdırma Mərkəzinin direktoru Lük Koffi Azərbaycan Ordusunun Ermənistan tərəfindən işğal edilmiş ərazilərdə apardığı əks-hücum əməliyyatları ilə bağlı fikirlərini bölüşüb. 

O, bununla bağlı “Twitter” hesabında paylaşım edib.  “Eşitmişəm ki, Azərbaycan Laçın şəhərini azad edib və indi də dəhlizə nəzarət edir. Laçın 1992-ci ilin mayından bəri erməni işğalı altındadır. Ermənistanı Dağlıq Qarabağ ilə birləşdirən əsas yol oradan keçir. Doğrudursa, müharibə yeni mərhələyə qədəm qoyub”. 


***Erməniliyin “müqəddəs ata”sı ordumuz tərəfindən zərərsizləşdirildi 

Azərbaycan Ordusu 31 yaşlı Qeqard Hovannisyan adlı ön cəbhədə vuruşan keşiş hərbçini yaralayıb.
Bu barədə xəbəri Ermənistan mətbuatı Tavuş yeparxiyası tərəfindən verilən məlumat əsasında yayıb.

Məlumatda bildirilir ki, erməniliyin “müqəddəs ata”sı 2016-cı ildəki dörd günlük aprel döyüşlərində də iştirak edib. Həmçinin, Hovannisyanın əmisi oğlunun daha əvvəl Azərbaycan Ordusu ilə döyüşdə məhv edildiyi bildirilib. Erməni kilsələri dini mərkəz deyil, terror mərkəzləri olması öz təsdiqini tapır.

***»Bərdəyə kassetli bomadan hücum Azərbaycan xalqına qarşı növbəti soyqırımdır» — Hikmət Hacıyev

«Ermənistan tərəfindən Bərdə şəhərinin kassetli bombalardan atəşə tutulması nəticəsində 14 nəfərin həlak olması və 40-dan çox insanın yaralanması Ermənistanın növbəti vandalizim və barbarlığının daha bir bariz nümunəsidir».

Open.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi — Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.


***Erməni polkovnik — qərargah rəisi məhv edildi

Azərbaycan hərbçilərinin torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində apardığı əməliyyatlar nəticəsində Ermənistan silahlı qüvvələrinin polkovnik-leytenant Muşeq Nurbekyan məhv edilib.

Polkovnik-leytenant M.Nurbekyanın Ermənistan silahlı qüvvələrinin N saylı hərbi hissənin qərargah rəisi oldugu bildirilir.

***Anna Akopyanla bağlı Ermənistanda qalmaqal: “Qadağan olunmalıdır!” 

Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın 13 qadınla təlim keçib cəbhəyə getmək niyyəti özünü reklamdır.

Akopyanın bu addımını tənqid edən Ermənistan prezidentinin milli təhlükəsizlik üzrə keçmiş müşaviri, Milli Təhlükəsizlik partiyasının sədri Qarnik İsaqulyan hesab edir ki, indi piar kampaniyasının zamanı deyil. «Düşünürəm ki, Anna Akopyan cəbhə bölgəsinə getməsə, daha yaxşıdır və cəbhədə dayanan ordu üçün yersiz narahatlıqlar yarada bilər. Bu, düzgün və yerində olan addım deyil. Mühafizəçilər onun təhlükəli bölgəyə girməsini qadağan etməlidir. Sadəcə bu, qadağan olunmalıdır. Mühafizəçilərin vəzifəsi budur. Əgər bunun əksi olsa, deməli, onlar vəzifələrini plana uyğun olaraq yerinə yetirmir və Anna Akopyan tərəfindən təzyiqlərə məruz qalırlar. Bu halda isə sadəcə xidmət edə bilməzlər».


***Ermənistanın Baş naziri Nikol Paşinyan rus hərbçilərin ölkə sərhədlərində yerləşdirilməsinin səbəbini izah edib

Bu barədə “RİA Novosti” məlumat yayıb.

“Rusiya sərhədçiləri Ermənistanın Türkiyə və İranla sərhədlərində dayanır. Bu, həmişə belə olub. İndi isə hadisələrin son inkişafı nəticəsində Rusiya sərhədçiləri həmçinin Ermənistanın cənub-şərq və cənub-qərb sərhədlərində də dayanırlar. Yəni, burada əslində yeni heç nə yoxdur”, — deyə N.bPaşinyan bildirib.

QARABAĞ AZƏRBAYCANDIR!

Fedai.az Araşdırma Qrupu (Yerli və xarici KİV-lərin məlumatları əsasında hazırlanıb)

Növbətçi: Nurlan Məmmədli, Elnur Səlim

Bu xəbəri paylaşın: