Qardaş ölkədən acı xəbərlər gəldi

Xəbər verildiyi kimi, Türkiyənin İzmir şəhərinin Bayraklı rayonunda güclü zəlzələ baş verib.

Zəlzələ nəticəsində bir neçə yaşayış binası dağılıb.Hazırda xilasedicilər ərazidə axtarış-xilasetmə işlər aparır.

Qeyd edək ki, Bakı vaxtı ilə 15:54-də qeydə alınan yeraltı təkanlar 6,8 bal gücündə olub. Zəlzələnin ocağı Seferhisar sahilləri, dərinliyi isə 16,54 km-dir. Ərazidə 3,4 və 4,7 bal gücündə daha 12 yeraltı təkan qeydə alınıb. 

Türkiyənin qərbindəki İzmir vilayətində zəlzələ nəticəsində xəsarət alanların sayı 607 nəfərə çatıb.

«Report» xəbər verir ki, bu barədə Fövqəladə Hallar üzrə İdarə məlumat yayıb.

Məlumata görə, təbii hadisə zamanı 12 nəfər həlak olub. «Ölənlərin sayı əvvəlki kimi 12 nəfərdir. Yaralıların sayı 607 nəfərə yüksəlib. Xilasedicilər 17 binanın dağıntıları arasında işləyir», — xəbərdə bildirilir.

Qeyd edək ki, Seferihisar rayonunun sahilində 6,6 bal gücündə zəlzələ olub. Yeraltı təkanların ocağı 16,54 km dərinlikdə olub. Zəlzələ Bakı vaxtı ilə 15:54-də baş verib.

Bu xəbəri paylaşın: