*** VAR OL, KOMANDAN! TARİX YAZAN ALİ BAŞ KOMANDANIMIZA VƏ ORDUMUZA EŞQ OLSUN!***
***Prezident: «Bu proses uzun sürməyəcək»

«Sizi görməyimə şadam. Sizin səfəriniz bir daha Türkiyə-Azərbaycan həmrəyliyini göstərir. Müharibənin ilk günlərindən, ilk saatlarından başlayaraq Türkiyə bizim yanımızdadır. Əziz qardaşım, cənab Prezident dediyi kimi, Türkiyə hər zaman Azərbaycanın yanındadır, Azərbaycan tək deyil».
Bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.
***Ali Baş Komandan: “Sona qədər gedəcəyik”

“Ümid edirəm ki, bu proses uzun sürməyəcək. Çünki biz 30 il gözləmişik. Biz istəyirik ki, Ermənistan silahlı qüvvələrinin işğal edilmiş digər torpaqlardan çıxarılması danışıqlar masası arxasında qısa müddət ərzində təmin olunsun. Əks təqdirdə, biz istənilən yolla öz ərazi bütövlüyümüzü bərpa etməyə davam edəcəyik və dediyim kimi, sona qədər gedəcəyik”.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.
***Prezident İlham Əliyev Gürcüstanın Baş Naziri Giorgi Qaxariyaya zəng edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstanın Baş Naziri Giorgi Qaxariyaya telefonla zəng edib.
Dövlətimizin başçısı Giorgi Qaxariyanı hakim “Gürcü Arzusu–Demokratik Gürcüstan” partiyasının parlament seçkilərində qələbəsi münasibətilə təbrik edib. Gürcüstanın Baş Naziri təbrikə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib.
***Ərdoğan: “Azərbaycanda qardaşlarımızın yanında biz varıq”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AKP partiyasının Samsun şəhərində keçirilən növbəti iclasında Azərbaycanla bağlı danışıb.
“Haber Global” məlumat verir ki, o, Türkiyənin Azərbaycanın yanında olduğunu bir daha səsləndirib. Ölkəsinin xarici siyasətinin istiqamətlərindən, hədəflərindən bəhs edən Türkiyə lideri “Azərbaycanda qardaşlarımızın yanında biz varıq”, — deyə bildirib.
***Çavuşoğlu: «Prezidentimizin bizə bir tapşırığı var, qardaş Azərbaycanı tək qoymayın»

«Cənab Prezidentimizin təlimatı, tapşırığı ilə gəlmişəm. Hər gün özü ilə danışırsınız, ən azı gündə iki dəfə, amma yenə də Sizə salamlarını göndərdi. Prezidentimizin bizə bir tapşırığı var, bu prosesdə qardaş Azərbaycanı tək qoymayın və davamlı olaraq oraya — Bakıya gedin və birlikdə hərəkət edin. Müdafiə nazirimiz, digər yoldaşlarımız, Binəli bəy də gələcək, Məclis sədrimiz buradadır».
Bunu Bakıda səfərdə olan Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü zamanı deyib.
***Türkiyənin Müdafiə naziri Bakıya gələcək

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə çıxış edən Mövlud Çavuşoğlu bildirib ki, Prezidentlərinin onlara bir tapşırığı var:
“Bu prosesdə qardaş Azərbaycanı tək qoymayın və davamlı olaraq oraya – Bakıya gedin və birlikdə hərəkət edin. Müdafiə nazirimiz, digər yoldaşlarımız, Binəli bəy də gələcək, Məclis sədrimiz buradadır”. Nazir əlavə edib ki, Türkiyə Azərbaycanın döyüş meydanındakı qələbələri ilə fəxr edir: “Bütün dünyaya türkün gücünü göstərdiniz, qürur duyuruq. İnşallah, öz əzəli torpaqlarımızı bu uğurlu əməliyyatlarla geri qaytaracağıq”.
***Çavuşoğlu: «Prezidentimizin bizə bir tapşırığı var, Azərbaycanı tək qoymayın»

“Biz Sizin döyüş meydanındakı qələbələrinizlə fəxr edirik. Bütün dünyaya türkün gücünü göstərdiniz, qürur duyuruq. İnşallah, öz əzəli torpaqlarımızı bu uğurlu əməliyyatlarla geri qaytaracağıq.
Bunu Bakıda səfərdə olan Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü zamanı deyib.
Qarabağ məsələsini, davam edən bu əməliyyatları vətəndaşlarımız çox yaxından izləyir və bizə daim “Azərbaycana daha çox dəstək verin, onu tək qoymayın”, – deyə xəbərdarlıqlar edirlər. “Bizi də cəbhəyə göndərin” deyən çoxları var. Əminəm ki, Sizə yazılan məktublarda da bunlar vardır – Çavuşoğlu qeyd edib.
***Hikmət Hacıyevin adına saxta profillər yaradılıb

Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin adına saxta profillər yaradılıb.
Bu barədə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün tvitterdəki səhifəsində yazıb.
«Hörmətli izləyicilər! Mənim adıma twitter-də @hikmet_hajiyev və teleqram kanalında Hikmet Hajiyev kimi ünvanlar yaradılıb. Bundan əvvəl Instagram və Facebook-da belə saxta profillər yaradılmışdı. Mənim yalnız Twitter-də @HikmetHajiyev adlı hesabım vardır», — deyə Hikmət Hacıyev qeyd edib.
***İşğal altında olan yaşayış məntəqələrimizin guya Azərbaycan ordusu tərəfindən atəşə tutulması barədə Ermənistan KİV-ləri təxribat xarakterli dezinformasiyalar yaymaqda davam edir

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bu cür həqiqəti əks etdirməyən xəbərlər yaymaqla Ermənistan müdafiə nazirliyinin rəsmiləri cəbhədəki vəziyyətdən tamamilə bixəbər olduqlarını nümayiş etdirir. Növbəti dəfə rəsmi olaraq bəyan edirik ki, bölmələrimiz yalnız düşmənin döyüş mövqelərinə və atəş nöqtələrinə cavab zərbələri endirir.
***Ermənistan silahlı qüvvələrinin 022 saylı xüsusi təyinatlı hərbi hissəsi Azərbaycan ordusunun həyata keçirdiyi əməliyyat nəticəsində darmadağın edilib

AZƏRTAC xəbər verir ki, hərbi hissənin şəxsi heyətinin ölənlər və yaralıları da daxil olmaqla 70 faizinin sıradan çıxdığı bildirilir. Hərbi hissənin sağ qalan hərbi qulluqçuları digər alayların kəşfiyyat bölmələrinə təyin edilib. Xüsusi təyinatlıların belə ağır itkilər verməsi Ermənistan ordusunda böyük ruh düşkünlüyünə və təşvişə səbəb olub.
Qeyd edək ki, həmin xüsusi təyinatlı hərbi hissənin komandiri, ölümündən sonra Ermənistanın milli qəhrəmanı ad verilən polkovnik Vaaqn Asatryandır. O, oktyabrın 13-də gedən döyüşlər zamanı məhv edilib.
***NEWS.RU: «Azərbaycan Silahlı Qüvvələri Şuşaya girdi»

“Zaman” Telegram kanalı Azərbaycan Ordusunun Şuşa şəhərinə bir neçə saat əvvəl daxil olduğunu bildirib.
“Biz Şuşadayıq! Azərbaycan əsgərləri bir neçə saat əvvəl şəhərə daxil oldular. Döyüşlər davam edir, ancaq ordu artıq şəhərdədir“, – deyə kanalın əməkdaşı məlumat verib.
Bu barədə Rusiyanın məşhur “NEWS.ru” nəşri məlumat yayıb. Portal daha sonra yazır ki, “Oktyabrın 29-da tanınmamış “Dağlıq Qarabağ Respublikası”nın başçısı Arayik Arutyunyan Azərbaycan qoşunlarının Şuşaya doğru irəlilədiklərini və şəhərdən bir neçə kilometr məsafədə olduqlarını söyləmişdi. Şuşa Xankəndi ilə on kilometrlik məsafədədir. Xankəndi ilə Ermənistanı birləşdirən yol Şuşadan keçir. Birinci Qarabağ müharibəsi zamanı şəhərə ciddi ziyan dəymişdi”.
***Erməni əsirlər həmvətənlərinə səsləndi: «Silahı yerə qoyun, boş yerə ölməyin»

CBC telekanalı Azərbaycandakı erməni əsirlərin müharibə barədə etiraflarından reportaj hazırlayıb.
Əsirlər Azərbaycan hərbçiləri ilə qarşılaşana qədər türkləri qəddar və qaniçən kimi təsəvvür etdiklərini deyiblər. Belə bir ittiham ümumi səfərbərlik dövründə ölkələrinin hərbi və siyasi rəhbərliyi tərəfindən bildirilib.
Əsirlərin dediyinə görə, əslində, Azərbaycan hərbçiləri döyüş meydanında cəsarətlə vuruşur və düşmənə qarşı humanizm nümayiş etdirirlər. Erməni əsirlər həmvətənlərini silahlarını yerə qoyub evlərinə dönməyə çağırıblar, çünki Qarabağ Azərbaycan torpağıdır.
***Rusiya Federasiyasının Yerevandakı səfirliyi Azərbaycan Silahlı Qüvvələrinin zərbələri nəticəsində guya Rusiya sərhədçilərinin həlak olması haqqında şayiələri təkzib edib

Bu barədə səfirliyin “Facebook”dakı səhifəsində yerləşdirilmiş bəyanatında deyilir.
Kütləvi informasiya vasitələri nümayəndələrinin iki rus sərhədçisinin ölümü ilə bağlı bir neçə mənbədə eyni anda ortaya çıxan «məlumatları» şərh etmək istəyi ilə əlaqədar olaraq bildiririk. Bu, həqiqətə uyğun deyil. KİV-i bu cür məlumatlarda diqqətli və tərəfsiz olmağa çağırırıq”, — deyə diplomatik missiyanın “Facebook”dakı səhifəsində bildirilib.
***Ermənistanın Müdafiə Nazirliyi bildirib ki, xarici ölkələrdəki erməni diasporunun bəzi üzvləri Dağlıq Qarabağdakı müharibədə iştirak etmək üçün geri qayıdır

Bu barədə “Reuters” agentliyinə istinadən xəbər verir.
Bildirilir ki, ABŞ və Argentinadan yüzlərlə insan artıq hərbi hazırlıq keçmək üçün Ermənistana gəlib. Ermənistana təxminən 140 min ermənini yaşadığı Livandan gələnlər də az deyil. Təlim düşərgələrindən yalnız birində 10-a yaxın Livan ermənisi hazırlıq keçib. Livan parlamentinin deputatı, “Daşnaksutyun”un Livandakı lideri Akop Pakradunyan bildirib ki, 20-dək erməni özü Ermənistana gedib, lakin onların döyüşüb-döyüşmədiyi hələ bilinmir.
Qeyd edək ki, ermənilərin yaşadığı Ancar şəhərindən müharibəyə gələn muzdlulardan biri – opera müğənnisi Kevork Xacyan məhv edilib.
***Dağlıq Qarabağda separatçıların lideri sayılan Araik Arutunyan Azərbaycan Silahlı Qüvvələri tərəfindən məhv edilib

Bu barədə “Clash Report» məlumat yayıb.
Bildirilir ki, A.Arutunyan Azərbaycan Ordusu tərəfindən məhv edilən hərbi avtomobil karvanında olub. Məlumat ermənilər tərəfindən, nə təsdiq, nə də təkzib edilməyib.
***Daha bir erməni futbolçusu Qarabağda məhv edildi

Ermənistanın “Pünik” klubunun futbolçusu Qagik Abrahamyan Qarabağda gedən əməliyyatlar zamanı ordumuz ərəfindən məhv edilib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, bir müddət əvvəl Ermənistanın “Şirak” futbol komandasının futbolçusu Qriqoryan İşxan da Qarabağda əsgərlərimiz tərəfindən məhv edilmişdi.
***Paşinyandan acı etiraf: «Rusiyanın Dağlıq Qarabağ məsələsində neytrallığını anlayırıq»

«Yerevan ATƏT-in Minsk Qrupunun həmsədri kimi Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllində neytral mövqeyinə anlayışla yanaşır».
Bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan «Əl-Cəzirə» telekanalına müsahibəsi zamanı bildirib.
«Rusiya ATƏT-in Minsk Qrupunun həmsədridir, vasitəçidir və bu statusuna görə öz neytrallığını qoruyub saxlamalıdır», — deyə N.Paşinyan bildirib.

QARABAĞ AZƏRBAYCANDIR!
Fedai.az Araşdırma Qrupu (Yerli və xarici KİV-lərin məlumatları əsasında hazırlanıb)
Növbətçi: Nurlan Məmmədli, Elnur Səlim
