Kanadanın «sancılandıran» səbəb işğal zonasındakı talanlardakı iştirakıdır

Kanadanın Bombardier Recreational Products (BRP) firmasının Türkiyəyə mühərriklərin və müşahidə kameralarının satışını dayandırmasının əsil səbəbini bilirsinizmi?

Kanadanın Bombardier Recreational Products (BRP) firması Türkiyənin TB2 Bayraqdar dronlarının mühərriklərin istehsalı ilə məşğul olur. Firma bu günlərdə Türkiyəyə mühərrik satmaqdan imtina edib. Buna səbəb olaraq Türkiyənin dronlardan savaş məqsədilə Qarabağda və digər cəbhələrdə istifadə etməsi olub.

BRP firmasının media nümayəndəsi Martin Langelier Kanada Beynəlxalq Radiosuna verdiyi müsahibədə bu barədə danışaraq, firmanın motorları yalnız sivil məqsədlər üçün hazırladığını, Türkiyənin isə dronlardan Azərbaycanda savaş məqsədilə istifadə etdiyini deyib.
Həmçinin Kanada Azərbaycanda gedən müharibədə dronlardan istifadə edilməsinı görə müşahidə kameralarının da satışnı dayandırıb. 
Bu faktı Kanadanın «sülsevərliyi» kimi dünyaya sırınmağa çalışılır.

Əslində isə Kanada işğal torpaqlarında Ermənistanla birlikdə təbii sərvətlərimizin talanmasında iştirak edib. Azərbaycan bunlar barəsində BMT, ABŞ, Kanada və Böyük Britaniyaya işğal altında olan ərazilərdə işlərin dayandırılması tələbilə müraciət edib. Zar kəndi isə tarixdə “Şəhrizər”, yəni qızıl şəhəri adı ilə məşhur olub. İşğal altında qalmış Kəlbəcər rayonunun təbii sərvətləri, sənaye əhəmiyyətli ehtiyatları 112,5 ton olan və istismar olunan Söyüdlü (Zod) və ehtiyatları 13 tondan çox olan Ağduzdağ və Tutxun qızıl yataqları 20 ildən də coxdur ki, Ermənistan tərəfindən talan edilir. Belə ki, 1998-ci ildə Kanadanın “Canadian First Dynasty Mines Ltd” şirkəti ilə müqavilə bağlamış Ermənistan hökuməti 2002-2003-cü illərdə Zod yatağından 5 ton qızıl çıxarıb. 


Əsas səhmdarları maliyyəçi Robert Friedlanda aid bir şirkət olan Toronto First Dynasty Mines Ltd., adını Sterlite Gold Ltd olaraq dəyişdirib. Sterlite Gold isə, 3.7 milyon dollar (ABŞ Twin Star-a Sterlite Gold-a yüzdə 55.1 faiz pay verib) Twin Star, Sterlite Goldun yanında Sterlite Industries (Hindistan) Ltd.-nin sədri olan Hindistanlı sənayeçi Anil Agarwal ailəsinin də nəzarət etdiyi özəl bir şirkətdir. Səhmlərin buraxılması nəticəsində, Friedlandın Sterlite Gold-a olan payı yüzdə 24-dən yüzdə 13,5-ə endirilib və Twin Star ilə bir səhmdar razılaşması bununla yekunlaşıb.

Həmçinin daha bir Kanada şirkəti olan “Cochrane Pond” (Kanada) isə Ağdərədə təbii sərvətlərimizi talamaqla məşğuldur. Adı çəkilən şirkətin Gülyataq-Cənyataq-Xatınbəyli qızıl yatağını istisaretməsi barədə məlumatlar mövcuddur və həmin şirktə məxsus zavodların peyk görüntülərini diqqətinizə çatdırırıq. Bildirim ki, Zəngilanın Vəcnəli və Kəlbəcərin Söyüdlü qızıl yataqları haqqında məlumatlar verilsə də Gülyataq-Cənyataq-Xatınbəyli qızıl yataqları haqqında məlumatlara rast gəlmədik. İlk əmək fəaliyyətimə geoloji kəşfiyyat işlərində başladığıma görə bu yataqüların daha rentabelli olmasını bilirəm. Bunu Gülyataq və Cənyataq kəndləri arasında tikilmiş böyük zavodların olması da sübut edir.


Beləliklə, Kanada bu yolla hərbi cinayətlərdə ortaq olduğu Ermənistanı qorumaq istədiyi ortadadır. Yəni Kanadanın «sancılandıran» səbəb Azərbaycanın talan edilmiş sərvətləridir. Bunu diqqətdən qaçırmaq olmaz.


ATƏT-in Minsk Qrupunun həmsədrləri olan ABŞ, Fransa və Rusiya da Qarabağda anoloji işlərlə məşğul olaraq təbii sərvətlərimizin talan edilməsində iştirak ediblər. Bu gün də status-kvonun saxlanmasına çalışmaları bu məsələ ilə bağlıdır. 

Xatırladaq ki, Qarabağda xeyli təbii sərvətləri olan yataqlarımız var.

Erməni işğalında olan rayonlarımızdakı yataqların siyahısına nəzər salaq:

Ağdərə

«Qızılbulaq»
«Mehmanə»
«Dəmirçi»
«Canyataq»
«Gülyataq»

«Xatınbəyli»
«Ağdərə»
«Şorbulaq»

Şuşa

«Şuşakənd»
«Şirlan»

Xocalı

«Zərinbax»
«Ağçay»
«Əsgəran»

Xocavənd

«Ediş»
«Xocavənd»

Kəlbəcər

«Söyüdlü»
«Ağduzlaq»
«Tuthun»
«Ağyataq»
«Levçay»
«Şorbulaq»
«Ağdəyə»
«Kilsəli»
«Keşdək»
«Keçəldağ»
«Çelli»
«Yuxarı İstisu»
«Aşağı İstisu»
«Tuthun-Qarasu»
«Mozçay»
«Qoturlu»

Zəngilan

Vəcnəli…

Xaqani Ədəboğlu

AVMVİB Mətbuat Xidmətinin rəhbəri

Bu xəbəri paylaşın: