Ermənistan köpək xislətiylə Yaxın Şərqi izləyir…

«Naşa Armeniya» adlı erməni saytı «Bahar qalxanı» əməliyyatı öncəsi belə bir məqlə yayınlamışdı: «Bu arada Suriyadakı vəziyyətlə əlaqədar şərhlərdə «Putin, İstanbulu Konstantinopola çevirin!», «Putin bizim üçün çirkli bir iş görür» Qərbdəki internet istifadəçilərinin çağırışları yayılır.

Yunanıstanla müqavilə bağlayan ABŞ, Putinin “İstanbulu Konstantinopol” a çevirməsinə “kömək etmək” istəyir. Bu, Ərdoğanın, xüsusilə seçkilərdə İstanbulu «itirdikdən» sonra Konstantinopolun yenidən qurulmasına imkan verməyəcəyini dəfələrlə bəyan etdiyi qorxulu röyasıdır.

Öz növbəsində, Rusiya da Ermənistana zəmanət verməyə hazır olduğunu nümayiş etdirməyə çalışır. Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin deyir ki, «Ermənistan və Rusiya arasındakı qarşılıqlı əlaqənin güclü təzahürü, Ermənistan, Rusiya və KTMT üzvlərinin təhlükəsizliyini təmin etmək üçün vacib vəzifələri həll edən birləşmiş qüvvələr qrupunun mövcudluğundadır».

KTMT-nin yeni baş katibi Stanislav Zas, İrəvanda olarkən, Ermənistanın KTMT-yə kömək üçün müraciət etmədiyini söylədi, ancaq bu baş verərsə, blok bu müraciəti nəzərdən keçirməyə hazırdır».

Əməliyyatdan sonra isə ermənilərin kürkünə birə düşüb. Məsələn “Lragir” saytı yazır ki, Türkiyə İdlibdə Rusiya ilə razılışsa, əvəzində isə Dağlıq Qarabağın Azərbaycana qaytarılmasını təmin edə bilər.

“Hətta analitiklər Ankara və Moskvanın İdlibdəki təhlükəsizlik zonaları razılaşmasının Qarabağda da həyata keçirilə biləcəyini istisna etmirlər. Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirdi ki, Rusiya arzulayarsa, Qarabağ problemini birgə həll edə bilərlər. Faktiki olaraq, bu, Əliyevin Münhendə səsləndirdiyi “mərhələli həll” variantı, yəni rusların təklif etdiyi “Lavrov planı”dır. Ərdoğan Bakıda olarkən Qarabağ problemindən də danışdı. Türkiyə və Azərbaycan prezidentləri görüşdə bir sıra iqtisadi, rabitə və hərbi müqavilələr imzaladı. Bu razılaşmaların bir hissəsi də Naxçıvanla bağlıdır”

Bşqa bir informasiyada isə ermənilərin hadisələrdən qorxduqları tam aydın görünməkdədir.

ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Endryu Şefer (ABŞ) və ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin Türkiyəyə səfəri erməniləri qorxuya salıb.

Məsələn, Teleqraf.com erməni mediasına istinadən xəbər verir ki, Ermənistanda rezonans doğuran səfər Azərbaycanın işğal edilmiş bölgələrinin qaytarılması ilə bağlı müzakirələri qızışdırıb.

İşğalçı ölkənin mediası xüsusən həmsədrlərin Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə görüşünə diqqət çəkir. Görüş zamanı Çavuşoğlunun “Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir” tələbi də ermənilərin tarım çəkilən əsəblərini bir qədər də gərib.

Qarabağın öz gerçək sahibinə — Azərbaycana qaytarılacağı ehtimalı üzərində baş sındıran erməni mediası bir az da irəli gedərək, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın məsələni rusiyalı həmkarı ilə müzakirə etməyə hazırlaşdığını da dilə gətirir. Həmin iddiaya görə, martın 6-da Moskvaya səfər edəcək Ərdoğanın qovluğunda Qarabağla bağlı yeni planı da var.

Erməni ekspertləri isə Ərdoğanın Bakıya səfəri zamanı səsləndirdiyi fikirlərin üzərində çox dayanır. Ekspertlər xatırladır ki, Ərdoğan səfər zamanı “Qarabağ təkcə Azərbaycanın deyil, Türkiyənin də məsələsidir və bu, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi çərçivəsində həll edilməlidir”, fikri təsadüf deyil.

Bu gün 102-ci rus bazasının tualetinə çevrilən Ermənistan özünü dövlət hesab edərək regionda öz rolunu şişirtməyə çalışır. Suriyada B. Əsədi «cib diktatoruna» çevirən Rusiya Ermənistan rəhbərliyini çoxdan «cib hökumətə» çevirib. Yəqin ki, bizdən gələcək bir belə gün erməni terrorizmini gözləyir. Ogündən qorxun…

Fedai.az

Bu xəbəri paylaşın: