Araik Arutyunyan bu dəfə murdar canını ölümdən qurtara bilmədi. Amma ermənilər onun ölümüylə də al-ver edir. Onun yaşadığını erməni həyasızlığı ilə etiraf etməyərək Araiklə bağlı informasiyalar yaymaqdadırlar. Amma erməni axmaqlığı və straus kimi başlarını kolda gizləyib heç kimin görmədiyini düşünmələri burada kara gəlir. Rusiyanın «satılmış mətbuatı» burada karımıza gəlir. Məsələn 2 noyabr xəbəri kimi ermənilər cəhənnəmdəki Araikin adından paylaşımlarında deyilir: «Araik Arutyunyan bazar ertəsi Vladimir Balayan və Şagen Megryan adına könüllü qrup üzvləri ilə görüşüb. Prezidentin mətbuat katibi Vaqram Poqosyan bu barədə xəbər verib. Komandir Roland Aydinyanın rəhbərlik etdiyi şaumyanlılarından ibarət bir dəstə üzvləri bu yaxınlarda Avetaranots kəndi yaxınlığında 22 türk xüsusi təyinatlı dəstəsi ilə əlbəyaxa döyüşə girib(?) — bunlardan 20-si məhv edilib(?). Komandir deyib ki, istəsələr bu ikisini də ortadan qaldıra bilərlərmiş, ancaq baş verənlər haqqında gedib danışmaları üçün bunu etməməyə qərar veriblər». Evin yıxılsın, erməni, gopa bax ey…
Faktı təkzib edən erməni saytlarından öncə bir fotoqrafın belə bir məlumat yaylıb: «Mənim «prezidentim». Fotoşəkil çəkdirməkdən şərəf duyduğum bir insan. Foto bir saat əvvəl çəkilib. Gördüyünüz kimi, əhval-ruhiyyəsi yaxşı və mübarizdir ”-deyə fotoqraf David Qahramanyan fotoşəkili Azərbaycan tərəfinin Arutyunyanın öldüyünü iddia etdikdən bir neçə saat sonra yayımladığını yazıb. Lakin paylaşılan foto saytlardan silinib. O cümlədən Donbas separatçılarının «Russkaya Vesna» saytı da fotonu silib. Daha sonra kod elementdəki 30.10.2020 tarixi silinərək paylaşılıb.

Ayrıca yerli informasiya qaynaqları, 2 noyabr səhərindən etibarən respublika prezidentinin artıq iş məsələləri ilə məşğul olduğunu, xüsusən də iqtisadiyyat və sənaye infrastrukturları naziri Levon Qrigoryanı istefaya göndərdiyini bildirib.»
Eyni informasiyanı Rusiyanın Lenta.ru yaratdığı «Араик Арутюнян — последние новости» blokunda ən son paylaşımı 30 oktyabrda olub.
Erməni saytları isə bu informasiyanı yaymaqla kifayətləniblər. Lakin heç bir rus saytı, o cümlədən Marqarita Simonyanın ermənilərə xidmət edən Sputniki də bu görüş haqqında heç bir məlumat yaymayıblar. Burada da hər gün informasiyalar verilsə də ən son informasiya 30 oktyabra aiddir. Yəni Rusiyaya mənsub saytlar bu erməni yalanına alət olmayıblar. Yəni Araikin «cəhənnəm kabineti» ilə əlaqələri kəsilib.
Xatırladaq ki, ötən ay Dağlıq Qarabağdakı toqquşmalar zamanı tanınmamış quldurbaşı Araik Arutyunyan, habelə onun etibarlı adamı, milli təhlükəsizlik xidmətinin rəhbəri Kamo Agacanyan öldürülməsi barədə məlumatlar yayılmışdı. O vaxtlar 1 gün sonra video görüntü yaymaqla bu xəbəri təkzib etmişdi. Hələlik ortada köhnə videolardan başqa bir şey yoxdu. Qeyd edək ki, düşmən tərəfi Araik Arutyunyanın ölümünü inkar etsə də, bu gün ermənilərə məxsus «Teleqram» kanallarında məhv edilən düşmən əsgərlərin foto və videoları arasında bir cəsəd xüsusi diqqət çəkib. Ermənilər iddia edib ki, görüntüdə əks olunan meyit Araik Arutyunyana məxsusdur. Əynindəki paltar da eynidir və saç quruluşu, üz cizgiləri Araikin cəhənnəmdə kabinet yaratmasından xəbər verir. Yəqin ki «müdafiə naziri»Calal Aruyunyan indi orada tək darıxmır…

Araikin əynindəki paltar 

