CƏBHƏ GÜNDƏLİYİ — 02. 11.2020-Cİ İL

*** VAR OL, KOMANDAN! TARİX YAZAN ALİ BAŞ KOMANDANIMIZA VƏ ORDUMUZA EŞQ OLSUN!***

***Prezident: «Müzəffər Azərbaycan Ordusu öz uğurlu əməliyyatlarını davam etdirir”


“Bir aydan çoxdur ki, müharibə gedir. Biz işğalçılara dərs veririk. Onları torpaqlarımızdan qovuruq. Artıq bir çox yaşayış məntəqəsi işğaldan azad edilib”.

Bunu Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibini, Türkiyənin Odalar və Borsalar Birliyinin prezidentini, Özbəkistanın Ticarət və Sənaye Palatasının sədrini və Qırğızıstanın Ticarət və Sənaye Palatasının prezidentini qəbul edən zaman deyib.

“Hər həftə onlarla yeni yaşayış məntəqəsi, şəhərlər, kəndlər, qəsəbələr işğalçılardan azad edilir. Müzəffər Azərbaycan Ordusu öz uğurlu əməliyyatlarını davam etdirir”, — deyə Prezident əlavə edib.

***İlham Əliyev: “Azərbaycan ordusu artıq bir çox yaşayış məntəqəsini işğaldan azad edib”

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının keçmiş Baş naziri Binəli Yıldırımın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edən zaman bildib ki, Azərbaycan ordusu artıq bir çox yaşayış məntəqəsini işğaldan azad edib:

“Hər həftə onlarla yaşayış məntəqəsi — kəndlər, şəhərlər, qəsəbələr işğalçılardan azad edilir. Müzəffər Azərbaycan ordusu öz uğurlu əməliyyatlarını davam etdirir. İşğal edilmiş ərazilərdə vəziyyət acınacaqlıdır. Tarixi abidələrimiz dağıdılıb, təhqir edilib”.

“Döyüş meydanında qarşımızda dayana bilməyən Ermənistan silahlı qüvvələri hər gün şəhər, kəndlərimizi atəşə tutur. Bir ay ərzində hücumlar nəticəsində 91 mülki şəxs həlak olub, onlardan 10-u uşaqdır”, — deyə dövlət başçısı qeyd edib. Prezident əlavə edib ki, biz region üçün böyük təhlükə mənbəyi olan erməni faşizminin belini qırırıq: “Heç kim bizim qarşımızda dayana bilməz və bu yoldan çəkindirə bilməz. Ermənistan atəşi dayandırsa, qalan torpaqlarımızdan qoşunlarının çıxarması ilə bağlı konkret öhdəliyi üzərinə götürsə, dayanmağa hazırıq”.


***İlham Əliyevdən yeni TVİT

«Müzəffər Azərbaycan Ordusu Cəbrayıl rayonunun Çaprand, Hacı İsaqlı, Qoşa Bulaq, Zəngilan rayonunun Dərə Gilətağ, Böyük Gilətağ, Qubadlı rayonunun İşıqlı, Muradxanlı, Milanlı kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!».

Prezident İlham Əliyev bunu “Tvitter” paylaşımında bildirib.


***Mərhum Heydər Əliyevin dediyi kimi biz bir millət, iki dövlətik. Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın dediyi kimi Qarabağ bir gün mütləq əsl sahibinə geri dönəcəkdir.

Bu sözləri ölkəmizdə səfərdə olan Türkiyə Cümhuriyyətinin sabiq Baş naziri, Türkiyə Böyük Millət Məclisinin sabiq sədri Binali Yıldırım “Twitter” hesabında yazıb.

“Həmd olsun, bölgədən hər ötən gün yeni müjdələr gəlməyə başladı. Türkiyə bu haqsız, hüquqsuz oyunu pozmaq üçün əlindəki bütün imkanları istifadə etməyə qərarlıdır. Ümidimiz Qarabağ probleminin sona çatmasıdır”, — deyə B.Yıldırım bildirib.

***Hikmət Hacıyev “Al-Jazeera” kanalına müsahibə verib 

Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Al Jazeera” telekanalı ilə Azərbaycanın Türkiyə və Rusiya ilə müttəfiq əlaqələrini müzakirə edib.

Bu barədə Prezidentin köməkçisi rəsmi “Twitter” hesabında yazıb. 


***Qırmızı Bazarda düşmənin canlı qüvvəsi məhv edilib

Düşmənin daimi dislokasiya məntəqəsi, səngər və atəş mövqelərində yerləşən canlı qüvvəsi dəqiq zərbələrlə məhv edilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat verib.

Eyni zamanda Qırmızı Bazar istiqamətində düşmənin qərargahı da atəşə məruz qalıb.

***Yuri Podolyaka: «İtkilər həddən artıq çoxdur, gizlədirlər»

Ermənistan üçün uzunmüddətli müharibə ölümcüldür. Ölkənin büdcəsi belə xərcləri çəkə bilməyəcək. Müharibə günə təxminən 50 milyon dollar deməkdir. Ermənistan bunu qarşılamaq gücündə deyil.

Bu barədə ukraynalı hərbi analitik Yuri Podolyaka öz Yutub kanalında bildirib.

“Büdcə faktorundan savayı, uzunmüddətli müharibə Ermənistan üçün insan faktoruna görə də kritikdir. Pul tapıla bilər, amma hər gün artan itkiləri əvəzləyəcək əsgərləri tapmaq olarmı? Son iki gün ərzində Ermənistan tərəfi itkiləri haqqında məlumatı dərc etmir, itkilər isə çox yüksəkdir. Ermənistan belə yüksək itkilərə tab gətirmək iqtidarında deyil. Bundan başqa, ölkə mənəvi cəhətdən kritik vəziyyətdədir”, – deyə ekspert qeyd edib. Podolyaka Ermənistanın kritik mənəvi vəziyyətinin mahiyyətini açıqlayıb: “Mənim həm erməni, həm də azərbaycanlılardan ibarət çevrəm var. İnsanların müharibəyə hazır olub-olmadığını görə bilirəm. Əgər Azərbaycan tərəfi mənəvi cəhətdən itkilər verməyə hazırdırsa və bu, onlar üçün azadlıq müharibəsidirsə, erməni tərəfində belə əhval-ruhiyyəni müşahidə etmirəm. Buradan belə nəticə çıxarıram ki, ermənilərin əsgəri çatmır. Fikrimcə, Azərbaycanın canlı qüvvədə itkisi çox olmayacaq, çünki onun artilleriya və aviasiyada böyük üstünlüyü var”

.***“The Associated Press” agentliyi Ermənistanın Baş naziri Nikol Paşinyanın ötən həftəsonu Rusiya Prezidenti Vladimir Putinə kömək üçün müraciət etməsindən yazıb.

Rusiya Müdafiə Nazirliyinin beynəlxalq əməkdaşlıq departamentinin keçmiş rəisi, ehtiyatda olan general leytenant Yevgeni Bujinskinin fikrincə, Moskva bu münaqişəyə müdaxilə etməyəcək.

“Rusiyanın hərbi müdaxiləsini istisna edirəm. Azərbaycan Rusiya üçün o qədər əhəmiyyətlidir ki, ona və Türkiyəyə qarşı müharibə aparmaz”, – hərbçi “Interfax” agentliyinə deyib. Onun sözlərinə görə, Azərbaycan Ermənistan ərazisinə zərbə endirməməyə çalışıb və buna görə də Rusiyanın hərbi müdaxiləsi üçün əsas yoxdur.

***Армянские солдаты спят на мешках

Армяне в социальных сетях выразили массу недовольств в адрес премьер-министра Армении Никола Пашиняна в связи с опубликованной недавно фотографией армянского солдата.

Как передает Day.Az, на снимке видно, как военнослужащий спит в яме на оккупированных территориях Азербайджана, подложив под себя полиэтиленовую пленку.

Армяне спросили с Пашиняна, почему у солдата отстуствует спальный мешок. Это в очередной раз доказывает, насколько бедна и непрофессионально оснащена армянская армия.

***Azərbaycanın işğal altında olan Qarabağ bölgəsindən gedən ermənilərin ehtiyaclarının ödənilməsi məqsədi ilə Ermənistanda qərargah yaradılacaq.

Bunu Ermənistan baş nazirinin müavini Mğer Qriqroyan noyabrın 2-də jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, hökumət həmin şəxslərin sosial ehtiyaclarının ödənilməsi ilə artıq 1,5 aydır məşğul olur.

Qriqroyan bildirib ki, Qarabağdan gedən ermənilər mehmanxana və pansionatlarda yerləşdiriləcək. Qərargah onların tələbatının ödənilməsi ilə məşğul olacaq.

*** “la Repubblica”: Azərbaycanın hərbi uğurları göz önündədir



İtaliyanın nüfuzlu “la Repubblica” qəzetində həmin qəzetin Azərbaycana ezam olunmuş xüsusi müxbiri Peitro Del Renin müəllifi olduğu “Azərbaycanlıların fəryadı: “Məhz bu səbəbdən Dağlıq Qarabağın ayrılmasını qəbul edə bilmərik” adlı məqaləsi dərc olunub.

***MN: Düşmən cəbhənin Zəngilan istiqamətində mövqelərimizə hücum etməyə cəhd göstərib

Noyabrın 1-də gün ərzində Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu sahəsində Ermənistan silahlı qüvvələrinin bölmələri hücum etməyə cəhd göstərib.

Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

Düşmən bu istiqamətdə bir sıra əlverişli yüksəklikləri ələ keçirmək məqsədilə minaatanlardan və müxtəlif iri çaplı silahlardan istifadə etməklə bölmələrimizin mövqelərini atəşə tutub. Düşmənin hücuma keçmək niyyəti bölmələrimiz tərəfindən vaxtında aşkar edilib və həyata keçirilən uğurlu əməliyyat nəticəsində qarşı tərəf ciddi itkilərə məruz qalıb. Döyüş nəticəsində canlı qüvvə sarıdan 30-dək itki verən düşmən, Ermənistan ərazisinə çəkilməyə məcbur edilib. Bölmələrimizin şəxsi heyətinin sayıqlığı nəticəsində mövqelərimizə havadan hücum edən düşmənin Su-25 döyüş təyyarəsi də məhv edilib.


***Müdafiə Nazirliyi: Azərbaycan Ordusu mülki əhalini atəşə tutmur

Ermənistan mətbuatı bu gün işğal altında olan yaşayış məntəqələrimizin guya Azərbaycan Ordusu tərəfindən müxtəlif silahlardan atəşə tutulması ilə bağlı bir neçə dəfə həqiqətə uyğun olmayan məlumatlar yayıb.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

«Bir daha rəsmi olaraq bildiririk ki, Azərbaycan Ordusu mülki əhaliyə və qeyri-hərbi infrastruktura atəş açmır», — məlumatda bildirilib.

 ***Ermənistanın «əfsanəvi dəstəsinin» 5 üzvü məhv edilib

Ermənistanın Şaqen Meğryan adına “əfsanəvi könüllü” dəstəsinin 5 hərbçisi ölümündən sonra separatçı rejim tərəfindən mükafatlandırılıb.

Məlumatı “Novosti Armeniya” yayıb. Bildirilib ki, dəstənin məhv edilən üzvləri Qorq Kirakosyan, Mxitar Qriqoryan, Erik Poqosyan, Qrayr Asryan və Edik Ayrapetyana “rəşadət medalı” verilib.

***Ermənistanın ümumdaxili məhsulu cari ildə 6,8% azalacaq

Bunu parlamentdə çıxışı zamanı Ermənistan Maliyyə naziri Atom Cancuqazyan deyib. O, cari ildə Ermənistanın dövlət borcunun ÜDM-yə nisbətinin 65% olacağını (təxminən 8,3 milyard dollar) bildirib.

Nazir ölkə iqtisadiyyatına koronovirusun böyük ziyan vurduğunu və indi buna savaşın da əlavə edildiyini söyləyib.

***Qondama Dağlıq Qarabağ rejiminin «müdafiə nazirinin müavini», polkovnik Artur Sarkisyan məhv edilib

Bu barədə «Sputnik Armenia» məlumat yayıb.

Qeyd edək ki, polkovnik Artur Sarkisyan 4 iyul 2020-ci ildə «Müdafiə nazirinin müavini» və «Müdafiə Ordusu» komandirinin müavini təyin edilmişdi.***Nikol Paşinyan Dağlıq Qarabağdağda baş verənlərə görə, açıq-aşkar Rusiyanı günahlandırmağa başlayıb

Bu barədə Rusiya mediası məlumat yayıb.

Soros fondu tərəfindən maliyyələşdirilən erməni politoluqu Stepan Qriqoryan öz müsahibəsində Rusiyanı etibarsız tərəfdaş adlandırıb. Politoloq gözlənilənlərin əksinə olaraq Rusiya Ermənistanı Dağlıq Qarabağ məsələsində dəstəkləməkdən imtina etdiyini bildirib. Daha sonra Qriqoryan Rusiyadan alınan silahların keyfiyyətsiz olduğundan və bir işə yaramadığından şikayət edib: “Rusiyanın silahları Türkiyə və İsrailin Azərbaycana satdığı silahlardan geri qalır. Dronlar, özügedən qurğular özünü çox keyfiyyətlidir,  amma Rusiyanın texnikası isə bərbad vəziyyətdədir. Rusiya həm siyasi, həm də hərbi tərəfdaş kimi etibarsızdır”.

***Ermənistanda yayınlanan «Exo» qəzeti düşmən itkilərini açıqladı

«Exo» qəzeti düşmənin informasiyalarını alt-üst edən açıqlama ilə çıxış edib. Qəzet 12 min erməni əsgərinin öldüyünü və 8 min nəfərin yaralanmasını xəbər verib.
Düşmən itkilərini günbəgün açıqlamağa başlayıb.

***Ermənistana Qarabağdan silah-sursat daşınır

Ermənistanın Vardenis (Göyçə) rayonunun Solk kəndi ərazisində polis əməkdaşlarının dayandırdıqları avtomobildən işğal altında olan Qarabağdan “Kalaşnikov” avtomatı gətirildiyi müəyyən edilib.

Bu məlumatı “Novosti Armeniya” yayıb.

Bildirilb ki, axtarış zamanı 7,62 mm çaplı 120 güllə də aşkar edilib. Məlumata görə, Qarabağda döyüşdən imtina edən ermənilər qaçarkən özləri ilə birlikdə avomat silahlarını da götürüblər.

Ermənistan Milli Təhlükəsizlik Xidməti Qarabağdan Errmənistana silah-sursat gətirilməsi hallarının artdığını açıqlayıb.

QARABAĞ AZƏRBAYCANDIR!

Fedai.az Araşdırma Qrupu (Yerli və xarici KİV-lərin məlumatları əsasında hazırlanıb)

Növbətçi: Nurlan Məmmədli, Elnur Səlim

Bu xəbəri paylaşın: