Vətən müharibəsi başlayan gündən xalqımızın Bayraq sevgisi də artdı və bayrağa, həmçinin qardaş Türkiyə bayrağına təlabat artdı.

İllərlə bu işi ləyaqətlə görən və daim Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) keçirdiyi vətənpərvər ruhlu tədbirləri öz bayraqları ilə bəzəyən «Albayraq» mağazası və onun vətənpərvər sahibi İlham Qasımovu anmamaq alqışlamamaq günah olardı. İllərdir ki, «Hər evə bir bayraq» kompaniyaları keçirərək məktəblilərə pulsuz bayraq paylayıb. Gənc nəsildə bayraq sevgisində öz payı olduğunu bu gün arxayınlıqla söyləyə biləcəyimiz bir mağaza, elə «Albayraq»dır deyə bilərik.
Oğlu bu gün ön cəbhədə torpaqlarımızın azadlığı uğrunda mücadilə verən soydaşımız İlham Qasımova çox minlik veteranlar ordusu adından gördüyü bu müqəddəs iş üçün öz minnətdarlığımızı bildiririk. İnanırıq ki, doğma Şuşamızda, məhz «Albayraq»ın bayraqları asılacaq.
Daha bir aksiya isə Qələbə günümüzlə bağlı keçiriləcəyi planlaşdırılır. «Hər evə bir bayraq» kompaniyası çərçivəsində hər kəsə pulsuz bayraq paylanması planlaşdırılıb.
İşlərinizdə uğurlar və qələbəmizin simvolu olan şanlı Bayrağımızın uca olmasını arzulayırıq!
Elnur Səlim.
