Tramp aldığı səslərə görə liderdir

ABŞ prezidenti vəzifəsinə Respublikaçılar Partiyasından namizəd Donald Tramp saat 06:15 üçün 22 825 137 səs toplayıb.

Trend-in «TASS»a istinadən verdiyi məlumata görə, onun əsas rəqibi Demokratlar Partiyasından namizəd Cozef Bayden 22 686 646 toplayıb.

Səslərin sayına görə üçüncü yerdə Libertarian Partiyasından namizəd Co Corqensen (458 674 səs), dördüncü yerdə isə «yaşıllar» partiyasından namizəd Houi Hokins (92 011) qərarlaşıblar.

***

“Respublikaçılar Partiyası dalğalanan ştatlar da daxil olmaqla, prezident seçkilərində inamla irəliləyir”.

TASS-ın məlumatına görə, bu barədə ABŞ Prezidenti Donald Tramp danışıb.

“Mən eşitmişəm ki, biz Floridada, Arizonada yaxşı gedirik, Texasda inanılmazıq… Mən eşitmişəm ki, biz hər yerdə öndəyik, bu əladır”, — deyə D.Tramp bildirib.

Bu xəbəri paylaşın: