Koronavirusdan necə qorunmalı?

Müharibə veteranları və qeyri şəxlər tez-tez koronavirusdan necə qorunmaq barədə soruşurlar.

Məsələ ilə bağlı AVMVİB sədrinin ictimaiyyətlə əlaqələr üzrə müavini İslam Səfərova müraciət etdik.

İ. Səfərov bildirdi ki, bu məsələ ilə bağlı dünya həyəcan təbili çalsa da bizim səhiyyə işçiləri tam fəaliyyətsiz görünməkdədirlər. Üstəlik, avtomatik olaraq, tibbi maskaların və spirtin apteklərdən yoxa çıxması bu sahədə yarıtmaz fəaliyyətin nəticəsidir. Qiymətlərin qaldırılması isə cəmiyyətdə deqeradasiyaya uğramağımızın göstəricisi sayılmalıdır. Bunlar məsələnin ciddiliyini anlamadan yenə pul qazanmaq yollarını düşünürlər. Görəsən cəhənnəmdə pul işləyirmi?

AVMVİB sədrinin ictimaiyyətlə əlaqələr üzrə müavini İslam Səfərov müxtəlif xarici sytlardan əldə etdiyi plakat-təbliğatları öz saytımızda yayınlamağın faydalı olacağını dedi. Bildirdi ki, əgər bu virus qorxuludursa, niyə aidiyyatlı qurumlar əhali arasında izahat işləri aparmırlar? Heç olmasa Ümumdünya Səhiyyə təşkilatının məlumatlarını yaymırlar? Bu sahədə ciddi bir boşluq var.

Elnur Səlim

Koronavirus
Koronavirus
Koronavirus
Koronavirus
Koronavirus
Bu xəbəri paylaşın: