MAMEDYAROV: «Heç nə edəsi deyilik, masada oturub bu gün olan sənəd əsasında İrəvanla əsaslı şəkildə danışıqlar aparmalıyıq»

Rusiyanın «İzvestiya».İz saytında sabiq xarici işlər naziri «dilbilməz» Elmar Mamedyarovun 17 noyabr 2019-cu ildə belə bir müsahibəsi dərc olunub: «Mы никуда не денемся, надо сидеть и предметно вести переговоры с Ереваном». 

 Həmin müsahibənin başlığa çıxarılmış hissəsini sizlərə təqdim edirik. Bu adam illərcə bizim ölkəmizi alçaltmaqla məşğul olduğu aydınlaşdırılmalıdır. Mətni rusca və azərbaycanca təqdim edirik:

 Rusca: И то, что было заложено в Мадридский документ в 2008 году, затем в его пересмотренную версию за 2010 год, потом в Казанский документ — всё это перерабатывается, перерабатывается, но в принципе остается основой для переговоров. И мы всё время говорим нашим сопредседателям: мы никуда не денемся, надо сидеть и предметно вести переговоры с Ереваном по документу, который сегодня находится на столе. 

Tərcüməsi: Və 2008-ci ildə Madrid Sənədinə, daha sonra onun 2010-cu ildə işlənmiş yeni versiyasına, daha sonra yenidən işlənən Kazan Sənədi  danışıqlar üçün prinsipcə əsas olaraq qalır. Həmsədrlərimizlə də davamlı olaraq danışırıq: Nə edəsiyik ki, (?!) masada oturub bu gün ortada olan sənəd əsasında İrəvanla əsaslı şəkildə danışıqlar aparmalıyıq.

 Nurlan Məmmədli 

Bu xəbəri paylaşın: